Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUS KƏŞFİYYAT MƏKTƏBİNİN MƏZUNU XİN-də İDARƏ RƏİSİDİR? –Ölkəyə qayıtmaqdan imtina edən diplomatlar var...

 

 Prezident İlham Əliyev yeni təyin etdiyi Xarici işlər naziri Ceyhun Bayramova tapışırıq və tövsiyələrini verərkən Xarici İşlər Nazirliyi (XİN) sistemində çox ciddi problemlərin olduğunu bildirib.

Yenixeber.org: Dövlət başçısının bəzi diplomatların dövlətə xəyanət etməsi barədə dedikləri isə rezonans doğurub: “Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik".

Ekspertlərin qənaətinə görə, Prezidentin bu çıxışından sonra XİN-də həbslərin olacağı qaçılmazdır. Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov da saytımıza açıqlamasında bunu istisna etməyib: “Məndə konkret faktlar yoxdur, amma bəzi tendensiyaları, kənar təsirləri, fərqli konsepsiyaları biz də müşahidə edirdik. Yəqin ki, belə əməllərlə məşğul olan şəxslər müəyyən edilərək ifşa olunub cəzalandırılacaqlar”.

Keçmiş nazirin fikirlərinə reaksiya verən, diplomatik xidmətdə çalışdığını gizlətməyən izləyicilərdən biri müsahibənin şərh bölməsinə yazıb: “Tofiq müəlllim, hər şeyi öz adı ilə çağırmaq gərəkdir. XİN-in 1-ci Avropa İdarəsinin rəisi Elxan Azayev Moskva Kəşfiyyat Məktəbinin məzunudur, geri döndükdən sonra onu bizim təhlükəsizlik orqanlarında işə götürmək istəməyiblər. Elmar Məmmədyarovun yaxın dostu Azayev sonradan XİN-də zühur edib. Azərbaycanla deyil, bir zamanlar bitirdiyi Moskva məktəbi haqda da həmişə fəxarətlə danışır. Beləsindən nə gözləmək olar?”

Qeyd edək ki, sosial şəbəkələrdə də XİN sistemindəki xəyanətkarların Prezidentin çıxışından sonra əl-ayağa düşdüklərini təsdiq edən informasiyalar yayılıb. Azərbaycanlı mühacirlərdən biri yazıb ki, ölkəni təmsil edən bəzi diplomatlar xidməti müddəti başa çatdıqdan sonra ölkəyə geri qayıtmaqdan imtina ediblər. Bundan sonra da xarici ölkələrdən siyasi sığınacaq istəyən səfirlərin və səfirlik əməkdaşlarının sayı artacaq.

Şübhəsiz ki, Azərbaycana zərbə vuracaq belə hadisələr baş verərsə, keçmiş nazir Elmar Məmmədyarov arzuladığı kimi evdə oturub gələcək haqqında planlar qura bilməyəcək. XİN-i casus yuvasına çevirdiyinə görə, cəzalandırılanların ilk sırasında onun adı gələcək...(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam