Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

RUSİYA BELARUS SƏRHƏDİNƏ İRİ QOŞUN QRUPLAŞMASI YERİTDİ -3 min hərbçi, 800 texnika...

Rusiya Belarusla sərhədə iri qoşun qruplaşması və çoxsaylı hərbi texnika yeridib. 

Yenixeber.org: Rusiya mənbələri xəbər verir ki, bu addım Belarus tərəfinin Minsk ətrafında 33 rusiyalı muzdlunun saxlanılmasının ardınca sərhədə hərbi qüvvə yerləşdirməsinə cavabdır.

 Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən dünən avqustun 4-də axşam yayılan rəsmi məlumata əsasən qvardiya ümumqoşun ordusunun 3 mindən çox hərbi qulluqçusu ölkənin qərbində taktiki təlimlərə cəlb olunub. “Voronej, Moskva, Bryansk, Belqorod, Smolensk və Kursk vilayətlərindəki poliqonlarda keçirilən taktiki təlimlərdə 800 vahiddən çox silah, xüsusi və hərbi texnika iştirak edəcək”,-açıqlamada deyilir.

 

Xatırladaq ki, Belarus tərəfi “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin muzdlularının avqustun 9-da keçiriləcək prezident seçkilərində ölkəni qarışdırmaq üçün göndərildiyini bildirir. Rusiya tərəfi bu deyilənləri rədd edir və muzdluların Belarus üzərindən üçüncü ölkəyə getməyi planlaşdırdıqlarını deyir. 

Ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya tərəfinin bu versiyasını “uydurma” adlandırıb və hədələyib ki, əgər onun ölkəsində “rəngli inqilab” baş versə yanğın Vladivostoka qədər yayılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam