Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BELARUSDA TƏCİLİ SƏFƏRBƏRLİK GEDİR -Sərhəddə gediş-gəlişə nəzarət gücləndirilib

Belarusa yaşı 35-ə qədər olan və orduda xidmət keçmiş kişilər 25 günlük təcili səfərbərliyə cəlb olunub.Bu haqda rusiyalı jurnalist Semyon Peqovun WarGonzo Telegram-kanalında bildirilir.

Yenixeber.org: Məlumata görə səfərbərlik Rusiya ilə həmsərhəd regionlarda, əsasən Vitebskdə aparılır. Keçmiş hərbi qulluqçulara göndərilən çağırış vərəqələrinə əsasən onlar avqustun 10-da, yəni prezident seçkilərindən bir gün sonra toplanış məntəqələrində olmalıdır. Habelə bir sıra keçmiş hərbçilərə zəng vurub toplanışa çağırdıqları bildirilir.

Xatırladaq ki, iyulun 29-da Mins ətrafındakı sanatoriyada “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin 33 muzdlusu tutulub. Belarus hüquq-mühafizə orqanları onların prezident seçkiləri zamanı ölkədə diversiyalar törətmək üçün göndərildiyini bildirir.

Bunun ardınca Belarus Rusiya ilə sərhədə hərbi qüvvələr və texnika cəmləşdirib. O cümlədən Rusiya Belarusla gediş-gəlişə nəzarəti gücləndirib, sərhəddə uzun növbələr hökm sürür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam