Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

6000 hərbi qulluqçu, 1200 texnika:Rusiya cənub sərhədlərində geniş miqyaslı təlimlərə başlayıb

Rusiya ordusu cənub sərhədlərində geniş miqyaslı təlimlərə başlayıb. 
Yenixeber.org: Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsində geniş miqyaslı təlimlər başlayıb.

 

8-ci və 58-ci ümumqoşun orduları və Qara Dəniz hərbi donanması yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Təlimlərdə 6000-dən çox hərbi qulluqçu iştirak edir.

Eyni vaxtda Rusiyanın cənub istiqamətindəki 4 dairəsinə Rostovda yerləşən 8-ci ümumqoşun ordusuna, Krımda, Dağıstanda və Şimali Osetiyada yerləşən 58-ci ümumqoşun ordusuna təlim həyəcan siqnalı verilib. Təlimlərə hər bir dairədə təqribən 1500 hərbi qulluqçu olmaqla, cəmi 6000 nəfər şəxsi heyət, hər birində 300 texnika olmaqla, 1200 ədəd texnika cəlb edilib. Məqsəd müxtəlif qoşun növləri arasında döyüş zamanı səmərəli qarşılıqlı əlaqənin təşkil edilməsinə nail olmaqdır. Təlimlər bir həftə davam edəcək.

Təlimlərdə T72-B3 tankları, “Msta-S2 özüyeriyən artilleriya qurğuları tətbiq ediləcək, hava məkanını isə 4-cü ordunun 40 ədəd aviasiyası ilə HHQ və HHM hərbi qulluqçuları qoruyacaq. 

Qeyd edək ki, Cənub Hərbi Dairəsinə Ermənistanda dislokasiya olunan 102-ci hərbi baza da daxildir. Cənub Hərbi Dairəsi Suriyada keçirilən hərbi əməliyyatlarda əhəmiyyətli dərəcədə rol oynayır. Rusiya qoşunlarının döyüş əməliyyatları məhz Cənub Hərbi Dairəsindən koordinasiya edilir.  (Ordu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam