Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Paşinyan xarici agentlər şəbəkəsinə xidmət edir-BƏYANAT

 

 

 “Ölkədə hakimiyyəti mənimsəyən qüvvə xarici agentlər şəbəkəsinə xidmət edir. Onlar fövqəladə vəziyyət rejimi altında sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır”.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, Ermənistanın "VETO" ictimai-siyasi hərəkatının bəyanatında belə deyilir.

Qeyd edilir ki, son 4 ayda hakim siyasi qüvvə qanunsuz olaraq tətbiq olunan ictimai müqavimətin olmamasından faydalanaraq, açıq şəkildə anti-dövlət, anti-milli gündəmə xidmət edir - erməni Apostol Kilsəsi ilə mübarizə aparır, uşaqların cinsi istismarı və onlara qarşı cinsi zorakılıqla bağlı müxtəlif konvensiyaları ratifikasiya edir, ardıcıl olaraq ermənişünaslıq fənlərini tədris planlarından çıxarır, əvəzində cinsi tərbiyə ilə bağlı proqramlar təqdim edir, trans-fahişələrin maneəsiz fəaliyyət göstərməsini təmin edir, onların müdafiəsinə qalxır.

"Bu il 13 iyulda hökumət bir daha mitinq azadlığı hüququnu məhdudlaşdıraraq, fövqəladə vəziyyət rejimini qanunsuz olaraq uzatmaq niyyətindədir. Buna etiraz olaraq “VETO” ictimai-siyasi hərəkatının lideri Narek Malyan öz avtomobilində yürüşə çıxaraq, təkbaşına kampaniya aparacaq. Bu, heç bir şəkildə qərarlara və məhdudiyyətlərə zidd deyil”, - deyə sənəddə qeyd olunub

Bəyanatda, həmçinin vurğulanıb ki, hakimiyyətin qanunsuz fəaliyyətindən və ölkədəki vəziyyətdən narahat olan bütün insanlar, ictimai və siyasi qüvvələr avtoyürüş aksiyasına qoşula bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam