Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Manatın devalvasiyası prosesin başlanğıcıdır”

 

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu manatın devalvasiyasını prosesin başlanğıcı adlandırıb. 

"Xeberinfo.com":  Məlumata görə, Ərəstun Oruclu bu barədə özünün feysbuk profilində status yazıb. Prosesin davamının gecikməyəcəyini qeyd edən politoloq səbəbləri də açıqlayıb. Ərəstun Oruclu yazır:
“Əslində manatın 21 fevral devalvasiyası prosesin başlanğıcıdır və davamı da özünü çox gözlətməyəcək. Səbəblər isə çox sadədir:
1. Yaxın zamanda ölkə iqtisadiyyatında elə ciddi bir irəliləyiş olmayacaq ki, bunun da manatın möhkəmlənməsinə təsiri olsun
2. Əhalini ən kobud şəkildə aldatmaqla həyata keçirilmiş 21 fevral aksiyasından sonra insanlar arasında etimadını tam itirmiş hakimiyyətin vədlərinə heç kəs inanası deyil;
3. Elə bu səbəbdən də insanlar durmadan banklardakı depozitlərini çıxarırlar;
4. Depozit hesablardan çıxarılan manat kütləsini (təxminən 3 milyard manat) əhali əsasən dollara çevirərək əllərdə saxlamağa üstünlük verir;
5. Daşınmaz əmlak və digər bahalı əmlak bazarları (qızıl, avtomaşın və s.) mümkün itkiləri azaltmaq üçün əsasən xarici valyutaya keçməyə çalışacaq;
6. Keçirilmiş 21 fevral əməliyyatı büdcə kəsirini tam aradan qaldırmadı və deməli, müxtəlif bu tipli addımların davamı da gözləniləndir;
və bunlar da hələ bütün səbəblər deyil”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam