Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Moskva Azərbaycanı təkləməyə çalışır”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən erməni həmkarı Edvard Nalbandyan və  Ermənistanın prezidenti Serj Sərkisyanla görüşüb. Lavrovun Yerevan səfəri son günlər regionda baş verən hadisələr fonunda maraq doğurmaya bilməz.

Xeberinfo.com:  Çünki Rusiyanın Azərbaycanı öz yanına çəkmək istəyi, yəni Bakını da Avrasiya İttifaqında görmək həvəsi, Gürcüstanı isə Azərbaycan qazından imtina edib “Qazprom”u varlandırmaq” siyasəti hələ də gündəmdə qalmaqda davam edir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Modern.az saytına Sergey Lavrovun Yerevan səfərini şərh edərək deyib:

“Sergey Lavrovun Ermənistan səfəri Azərbaycana təzyiq xarakteri daşıyır. Bu da təsadüfi deyil. Çünki Şəkidəki çıxışı zamanı Prezident İlham Əliyev dedi ki, Azərbaycan heç bir inteqrasiya proseslərinə qoşulmayacaq.

Bu gün Azərbaycandan inteqrasiya tələb edən təbii ki, Rusiyadır. Rusiya Avrasiya İttifaqında Azərbaycanı görmək istəyir. Görünür ki, prezidentin bu mesajı müyyən qıcıq yaratdı”.

Ekspert bildirib ki, Moskva maksimum dərəcədə Azərbaycanı təkləməyə çalışır.

“Bir tərəfdən “Qazprom” Gürcüstana daha məqbul şərtlər təklif edərək Azərbaycan qazından imtina etdirmək istəyir. Digər tərəfdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın sülhməramlı qoşunlarını yeritmək məlumatı dövriyyəyə buraxılır”.

Ərəstun Oruclu Azərbaycanın ABŞ-la genişlənən əlaqələrinə şimal qonşumuzun reaksiyasını da şərh edib:

“Rusiya Azərbaycanı öz lahiyələrinə qoşmaq məqsədi ilə hər tərəfdən sıxmağa çalışır. Digər tərəfdən Azərbaycan prezidentinin ABŞ Hərbi Dəniz Donanmasının nümayəndə heyəti ilə görüşü də Rusiyada, həmçinin İranda da qıcıq yaratdı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam