Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Keçmiş MTN-çidən şok açıqlamalar

Erestun

“MTN-lə əməkdaşlıq barədə yazılı iltizamlar verən, ən yaxın iş yoldaşları haqqında çoxsaylı “donoslar” yazan dəqiq mən olmamışam…”

Xeberinfo.com:   “Şəxsi məsələlər haqqında yazmağı sevmirəm, o cümlədən də özümə aid. Amma elə şeylər var ki, deyilməlidir”. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu bu sözlərlə başladığı Facebook postunda, yenidən Eldar Mahmudovun əlində 2800 seks videosu olduğu barəsində açıqlamasına qayıdıb. AzPolitika.info-nun məlumatına görə, politoloq bildirib ki, kimlərsə onun bu açıqlamasını Prezidentə Eldar Mahmudovun sifarişi kimi çatdırıblar.

Ə.Oruclu yazır: “Eldar Mahmudovun təxminən 2800 seks video çəkdirdiyi barədə məlum müsahibəmi bir çoxlarınız xatırlayırsınız yəqin ki. Bəli, məhz bir aya yaxın gündəmi çalxalayan və cəmi iki məlumat üzərində qurulmuş həmin o müsahibəmi nəzərdə tuturam. Hakimiyyət daxilində çaşqınlıq yaradan həmin faktlar, bizdə olan məlumatlara əsasən, ölkə rəhbərliyinə Eldar Mahmudovun sifarişi kimi təqdim olunmuşdur. Başqa sözlərlə, sən demə, at oynadan vaxtlarında Mahmudovla qanlı-bıçaq düşmən olan Ərəstun Oruclu, onun üfunət yayan murdar siyasi cəsədinin sifarişini yerinə yetirirmiş. Maraqlıdır, görəsən bu “dəyərli məlumatı” yayan yüksək vəzifəli məmurlar, nazir postunda olarkən Mahmudovdan ayda 150-200 min manat pulu mənim aldığımı niyə iddia eləməyiblər? Və ya keçmiş MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi M.Şıxəliyevi bir neçə milyon müqabilində istintaqdan mənim himayə elədiyimi nə yaxşı dilə gətirməyiblər? Yeri gəlmişkən, məlum müsahibədə göstərilən digər fakt da elə bu, Şıxəliyevi istintaqdan yayındırma idi. Görünür, elə bu da rəvac verib ki, tez qaçıb mənim Eldar Mahmudovla “əməkdaşlıq etməyin barədə əməliyyat məlumatını” yuxarı ötürsünlər”.

Ə.Oruclu eyni fikri “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin mediadakı açıqlamasında da söylədiyini və bir də “Azadlıq” qəzetinin yazıdığını bildirərək, davam edir: “Bu yerdə haşiyə çıxım ki, Mehman bəy sualıma cavab olaraq belə bir şey demədiyini bildirdi. Hərçənd ki, ölkənin əsas informasiya vasitələrindən birinin rəhbəri onun adından yanlış olaraq yayılmış məlumatı təkzib də edə bilərdi… “Azadlıq” qəzetinin yazdığına gəlincə, düzü bu mənə bir o qədər də təəccüblü gəlmədi…”

“Mövzunu dərinləşdirməyə xüsusi ehtiyac duymuram, hərçənd ki, tərəflərdən arzulayan varsa, buna da etiraz eləmək fikrim yoxdur. Hər ehtimal üçün isə bir daha xatırlatmaq istəyirəm ki, Eldar Mahmudovun bazarı ilə çirkli oyunlarda iştirak edən, İlham Əliyevə və ailəsinə qarşı Mahmudovun əməkdaşlarından alınan materialları pul müqabilində yayan, MTN-lə əməkdaşlıq barədə yazılı iltizamlar verən, ən yaxın iş yoldaşları haqqında çoxsaylı “donoslar” yazan dəqiq mən olmamışam. Mən hələ başqa şeylər haqqında susuram, çünki bu dəfə danışsam, onda müzakirələr aylarla davam edəcək…” – deyə, Ə.Oruclu fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam