Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Rusiya Qarabağ məsələsində Azərbaycanı ciddi şəkildə şantaj edir”

 Aslan İsmayılov: “Hakimiyyət anlamalıdır ki, Rusiya asılılığından tam çıxmağın tək bir yolu ölkədə köklü islahatların aparılmasıdır”

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı, ABŞ-la daha sıx münasibətlər qurmaqla, Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlamaqla Rusiyanın ölkəmizə təsirlərini xeyli azalda bilərik”

“Eyni zamanda, konstitusiyada müəyyən dəyişikliklər edilməli, proporsional seçki sistemi tətbiq olunmalı, Venesiya Komissiyasının prinsipləri həyata keçirilməli, Avropa Şurası qarşısındakı öhdəliklər yerinə yetirilməli, Azərbaycan Avropa İttifaqı ilə çərçivə sazişinə getməlidir”

Yenixeber.org: Keçmişə nəzər salsaq, tarixi hadisələrə diqqət yetirsək, eyni zamanda bu gün dünyada baş verən siyasi prosesləri incələsək, birmənalı şəkildə demək olar ki, Azərbaycanın siyasi, iqtisadi, o cümlədən hərbi cəhətdən inkişafı, beynəlxalq arenada nüfuzunun artması üçün mütləq mənada Rusiyanın təsirindən yaxa qurtarmalıyıq. Çünki tarix boyu və bu gün də ermənilərə havadarlıq edən Kremlin əsas məqsədlərindən biri Azərbaycanı yenidən Rusiyanın boyunduruğuna salmaq, Azərbaycan türkünü öz milli kimliyindən, keçmişindən, adət-ənənəsindən, o cümlədən qardaş Türkiyədən uzaqlaşdırmaqdır. Məhz buna görə Bakı nəyin bahasına olursa-olsun Kremlin təsir dairəsindən çıxmalıdır.

“Son hadisələr Azərbaycan hakimiyyətinin Rusiyanın təsir dairəsindən çıxmağa çalışdığını və bunun üçün bir neçə önəmli addım atıldığını göstərir”

Qəbul olunan sərt tədbirlərə tabe olmaq lazımdır” - ASLAN ...

Qeyd edək ki, mövzuya bu konteksdən yanaşan tanınmış hüquqşünas Aslan İsmayılovun fikrincə, son hadisələr Azərbaycan hakimiyyətinin Rusiyanın təsir dairəsindən çıxmağa çalışdığını və bunun üçün bir neçə önəmli addım atıldığını göstərir: “Ancaq Azərbaycan hakimiyyəti anlamalıdır ki, Rusiya asılılığından tam çıxmağın tək bir yolu ölkədə köklü islahatların aparılmasıdır. Elə islahatlar olmalıdır ki, əhali bunu gündəlik həyat yaşayışında hiss etsin. Bu gün isə bunu heç kim görmür. Koronavirusun tüğyan etdiyi məqamda bunun mümkünsüz olduğunu bilirəm. Ancaq yaddan çıxartmaq lazım deyil ki, insanlar artıq son ehtiyatlarını xərcləyib və maddi durumları çox pisdir. Bir müddətdən sonra karantin aradan qalxan kimi insanların tələbləri artacaq. Reallıqda isə pandemiyadan sonrakı dövr vəziyyət daha pis olacaq. Bunu insanlara indidən izah etmək, onları gözlənilən çətinliklərə hazırlamaq lazımdır. Bundan başqa, elə bu dövrün özündə gələcək islahatlara şərait yaradacaq qanunvericilik aktları qəbul edilməli, bunlar insanlara izah edilməlidir. İqtisadçı olmasam da bildiyim adi hallar var. Bəllidir ki, bu çətin vəziyyətdən hakimiyyət təkbaşına çıxan deyil. Onu bu vəziyyətdən çıxardacaq kiçik və orta sahibkarlıqdır. Bu gün hər şey onların fəaliyyəti üçün münbit şəraitin yaradılmasına yönəlməlidir. Bu yöndə isə heç bir şey görmürəm. Çox sadə olan, bir fərmanla aradan qalxacaq lisenziya sayının azaldılması üçün aylardır yazmağıma baxmayaraq, hələ də heç bir iş görülməyib”. Onun sözlərinə görə, bu gün diqqət mərkəzində olmalı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının səsini belə, eşidən yoxdur: “Hesab edirəm ki, bu orqan təcili buraxılıb yenidən demokratik əsaslarla formalaşmalı və məmur sinfinin əlavəsi yox, iş adamlarının problemlərini yaxından bilən, araşdıran və onun həll olunmasında real iş görən işlək orqana çevirilməlidir. Yaxın günlərdə iş adamlarının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşü təşkil edilməlidir. Bu əvvəlki formal görüşlərdən olmamalı, çıxışçılar əvvəlcədən müəyyən edilməməli və tamadalar yox, problemləri açıqlayan şəxslər öndə olmalıdırlar. Həmin görüşdə iş adamlarının birbaşa prezidentə ünvanlayacaqları məktublar üçün sandıq olmalıdır və bu sandığı ancaq Prezidentin özü, yaxud ən etibar etdiyi şəxs açmalıdır. Bu keçid dövrü üçün vətəndaşlar tərəfindən tanınan heç bir fəxri adları, vəzifələri olmayan, hakimiyyətdən heç cür yararlanmayan müstəqil şəxslərdən ibarət bir ictimai qurum yaradılmalıdır. Bu qurumun əsas vəzifəsi vətəndaşlarla hakimiyyət arasında körpü yaratmaq, cəmiyyətdə yaranmış qarşıdurmanı aradan qaldırmaq olmalıdır. Ən əsası hakimiyyət təbliğat, təşviqat işinin yenidən qurulmasını sürətləndirməlidir. Görünən odur ki, hakimiyyətin xalqla münasibətini formalaşdıracaq, vətəndaşların inandığı təbliğat, təşviqat orqanları yox dərəcəsindədir”.

“Rəsmi Bakı daim çalışır ki, müstəqil siyasət yeridərək həm Rusiyanın, həm də Qərbin maraqlarını müəyyən qədər neytrallaşdırsın”

AZAL İran üzərindən bütün aviareysləri ləğv etməlidir" - MƏHƏMMƏD ...

Mövzu ilə bağlı saytımıza açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, hazırda Rusiya ilə Azərbaycan arasında qonşuluq münasibətlərinə əsaslanan siyasi, o cümlədən iqtisadi əlaqələr mövcuddur: “Demək olar ki, hazırda iki dövlət arasında bir çox məsələlər ikitərəfli komissiyalar, dövlətlərarası rəsmi şəxslərin iştirakı ilə öz həllini tapır. Bura Xəzərin hüquqi statusu barədə konvensiyası,  dövlət sərhədlərinin dermitasiyası və demarkasiyası, o cümlədən digər məsələlər aiddir. Bizim Rusiya ilə yalnız Qarabağ məsələsində müəyyən fikir ayrılığımız var. Çünki Rusiya Cənubi Qafqazı öz arxa bağçası hesab edir. Kreml bu qənaətdədir ki, Cənubi Qafqaz periferiyasında  yalnız Rusiyanın dayanıqlılığı olmalıdır və buradakı dövlətlər – Azərbaycan, Gürcüstan və Ermənistan Rusiyanın təsir dairəsində olmalıdır. Xüsusilə də, Moskvada düşünürlər ki, Azərbaycanın Avropa məkanına, Qərbə inteqrasiya siyasəti Rusiyanın geosiyasi maraqlarına ziddir”. Buna baxmayaraq, Azərbaycanın Rusiya ilə qonşuluq prinsiplərinə və qarşılıqlı etimad münasibətlərinə əsaslanan əlaqələr qurmağa çalışdığını vurğulayan politoloqun fikrincə, Kremldə belə düşünmürlər: “Belə ki, Rusiyanın postsovet məkanında daha təsirli mövqeyə malik olması üçün Putinin öz strategiyası var. Yenidən sovet ittifaqının qurulması istiqamətində edilən cəhdlər, Rusiyanın SSRİ zamanındakı sərhədlərinə qayıtması ilə bağlı verilən mesajlar bunun bariz sübutudur. Bu səbəbdən də düşünürəm ki, Azərbaycan xarici siyasətdə Avropaya, Qərbə inteqrasiya kursunu tutur və bu istiqamətdə daha ciddi adımlar atılmalıdır. Rəsmi Bakı daim çalışır ki, müstəqil siyasət yeridərək həm Rusiyanın, həm də Qərbin maraqlarını müəyyən qədər neytrallaşdırsın. Qeyd edim ki, bir çox məsələlərdə buna nail olub. Amma Rusiyanın son 10 ildə geosiyasi, beynəlxalq müstəvidə güclənən mövqeyi onun postsovet məkanına, MDB ölkələrinə müəyyən qədər təsir və təzyiqlərinin artmasına gətirib çıxarıb. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının 40 faizi Avropa ilədir. Buna görə də çalışır ki, Avropa İttifaqı ilə inteqrasiya kursunu mütəmadi və prinsipial şəkildə davam etdirsin. Lakin bu zaman bir çox hallarda Moskvanın müəyyən təzyiqləriylə üzləşir ki, biz bir neçə dəfə bunun şahidi olmuşuq. Rusiya xüsusilə Qarabağ məsələsində Azərbaycanı ciddi şəkildə şantaj edir”.

“Azərbaycan Rusiyanın təsirindən çıxmaq üçün ilk növbədə çox qətiyyətli və prinsipial siyasət ortaya qoymalıdır”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Azərbaycan Rusiyanın təsirindən çıxmaq üçün ilk növbədə çox qətiyyətli və prinsipial siyasət ortaya qoymalıdır: “Biz gördük ki, Saakaşvili Rusiyanın təsirindən çıxmaq üçün Gürcüstanda qətiyyətli addımlar atdı. Saakaşvili göstərmək istəyirdi ki, Kreml regionda işğalçı və qalıcılığını saxlamaq üçün hətta hərbi təzyiqlərə, işğalçı siyasətə də əl ata bilər. Məncə, Azərbaycan da öz siyasətində müəyyən dərəcədə Gürcüstan nümunəsinə baxır və çalışır ki, Rusiyanın təsirlərindən yayınsın. Lakin buna rəğmən, hesab edirəm ki, artıq yeni dünya siyasi nizamında formalaşmaqda olan beynəlxalq münasibətlər sistemində Azərbaycan Qərblə çox ciddi əməkdaşlıq etməlidir. Xüsusilə də ABŞ və Avropa İttifaqı ilə əlaqələr genişləndirilməlidir. Bunun üçün də Azərbaycan siyasi, iqtisadi əlaqələr, eyni zamanda demokratiya və insan hüquqları sahəsində ciddi islahatlara getməlidir. Yəni bu yolla konstitusiyada müəyyən dəyişikliklər edilməli, proporsional seçki sistemi tətbiq olunmalı, Avropa Şurasının Venesiya Komissiyasının prinsipləri həyata keçirilməli, Avropa Şurası qarşısındakı öhdəliklər yerinə yetirilməli, o cümlədən Azərbaycan Avropa İttifaqı ilə çərçivə sazişinə getməlidir. Əgər Azərbaycan bu istiqamətdə ciddi, prinsipial mövqe ortaya qoysa, o zaman Rusiyanın təsirindən müəyyən dərəcədə çıxmaq olar. Bəziləri elə zənn edir ki, biz bir addım atsaq, Rusiya top-tüfənglə üstümüzə gələcək. Bu, tamamilə yanlışdır. Odur ki, Azərbaycan Avropa İttifaqı, ABŞ, xüsusilə də qardaş Türkiyə ilə daha sıx münasibət qurmalıdır. Eyni zamanda, Türkiyə ilə hərbi müttəfiqlik müqaviləsi bağlamaqla Rusiyanın ölkəmizə təsirlərini xeyli azalda bilərik”.(hurriyyet.org)

Vazeh BƏHRAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam