Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qarabağ Azərbaycana, Abxaziya Gürcüstana, azadlıq -Ermənistana...

Bölgədə sülhün tək formulu: “şişi” kəsib götürmək; bunu ya Türkiyə-Azərbaycan tandemi edəcək, ya da...

Yenixeber.org: Ötən sayımızda ermənilərin əsassız soyqırım iddialarına qarşı Türkiyədə prezident səviyyəsində vahid mərkəzin yaradılmasına qərar verildiyi barədə yazmışdıq. Söhbət prezident yanında Ali Müşavirə Şurasında Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda 1915-ci il hadisələrinin araşdırılması ilə bağlı yeni bir qurumun yaradılması və uydurma iddialara qarşı təbliğat işinin keyfiyyətcə tam yeni mərhələyə qaldırılmasından gedir.

Bir sıra analitiklərə görə, Ankara bu yolla ermənilərin saxta soyqırım və ərazi iddialarına qarşı (hansı ki, hətta Ermənistan konstitusiyasında əksini tapıb) təbliğati savaşda özünün bütün resurslarını cəlb eləmək hesabına daha effektli bir rıçaq qazanmaq, ermənilərə qarşı taktikanı cilalamaq niyyətindədir.

Qardaş ölkə rəhbərliyinin yeni qurumla bağlı qərarı təsadüfi deyil və bir yandan, erməni lobbisinin, İrəvanın saxta genosidlə bağlı strategiyanı dəyişmək istəməsi barədə yayılan xəbərlərdən qaynaqlanırsa, ikinci yandan, ümumən erməni faktorunun regionda destruktiv, daimi sülhə əngəl olan aqressiv faktor kimi qalması ilə əlaqədardır. Destruktiv fəaliyyətin qayəsini isə işğalçı ölkənin qonşu Türkiyəyə, Azərbaycana, Gürcüstana açıq-aşkar və əsassız ərazi iddiaları, bu iddialardan dolayı bölgədə Rusiyanın əlaltısı rolunu oynamaq təşkil edir.

Lakin vəziyyət sonsuzadək bu cür davam edə bilməz. Bölgənin normal inkişafı, sülh sabitlik üçün regionun supergücü Türkiyə başqa olmaqla, həlledici addımlar atmağın zamanı çatıb. Bundan ötrü isə 100 ildən çoxdur hamı üçün ortaq dərdə çevrilmiş xroniki “erməni xəstəliyi”nə çarə tapılmalıdır.     

Şərq.Az - İsmayıl Qocayev

Maraqlıdır ki, bu arada Türkiyənin “Vətən” Partiyası dostluq və sülh planı ilə çıxış edib. Söhbət əsasən Qara dəniz-Aralıq dənizi hövzəsindən getsə də, planın Cənubi Qafqaza da dəxli var. Həmin plana əsasən, Krımın Rusiya ərazisi kimi tanınması, Abxaziya və Şimali Kiprin müstəqil dövlət kimi tanınması, Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi və Qarabağdan Ermənistan qoşunlarının çıxarılması üçün işə başlanması nəzərdə tutulur. Bundan əlavə, Türkiyə və Rusiyaya regional təhlükəsizlik və sabitlik yönündə birgə əməkdaşlığı gücləndirmək təklif olunur.

Lakin Rusiya Qarabağdan işğalçı erməni qoşunların çıxarılmasına, yəni konfliktin kardinal və ədalətli həllinə kömək edərmi? Edərsə, forpost Ermənistanda önün hərbi qüvvə saxlaması, 102-ci Gümrü hərbi bazası öz aktuallığını itirməzmi? Moskva Ankara ilə Güney Qafqazdakı ixtilafların həllində müştərək iştiraka necə, razı olarmı? Nəhayət, Gürcüstan Abxaziyanın de-yure itirilməsi ilə barışarmı?

Cənubi Qafqaz — Vikipediya

Konkret olaraq Cənubi Qafqazdan söhbət gedirsə, burada sabitliyin və sülhün əldə olunmasına əsas əngəl çoxdan məlumdur: İrəvanın aqressiv siyasəti, işğalçılığı. Aydındır ki, hələ SSRİ dönəmindən Ermənistanın öz qonşularına qarşı əsassız ərazi iddiaları olmasaydı, Dağlıq Qarabağ konfliktinə səbəb olmasaydı, Rusiya indiki kimi Güney Qafqaz regionunda hərbi cəhətcə bunca möhkəm dayaqlara malik olmayacaqdı. Moskva indi Abxaziya və Cənubi Osetiyada da böyük hərbi kontingent saxlayıb Gürcüstana, bütövlükdə bölgə ölkələrinə əlavə hərbi təhdid yarada bilməzdi. Ona görə ki, Cənubi Qafqazın üç ölkəsi Moskvaya münasibətdə qat-qat güclü və effektli ortaq müqavimət, ortaq immunitet formalaşdıracaqdı. Özlərini məcmu iqtisadi, siyasi, energetik potensialı ilə, əlverişli geosiyasi mövqeyi ilə. NATO üzvü Türkiyə isə bu yöndə onlara əlavə güc, stimul verəcək, qarant duracaqdı.

Ancaq əfsuslar olsun ki, 100 il öncəki kimi ermənilər yenə rusa kölə olmaq, onun bölgədəki maşasına çevrilmək yolunu tutdular. Nəticə ortada: nə Ermənistan adında müstəqil dövlət var, nə rifah içində olan erməni xalqı, nə də daimi və möhkəm sülh içində olan Güney Qafqaz. Ermənilər bilə-bilə ki, bu siyasət öncə elə onların əleyhinə işləyir, öz təxribatçı vərdişlərini hələ də davam etdirirlər.

Lavrovun Abxaziya səfərində “Qarabağ izi”... » Gunxeber.az

Təsadüfi deyil ki, hazırda region ölkələri arasında koronaviris epidemiyası ilə bağlı ən fəlakətli durum ən az əhalisi olan Ermənistanda hökm sürür. Qarabağ və pandemiyaya görə tam izolyasiya vəziyyətinə düşən işğalçı ölkənin onsuz da böhranlı iqtisadiyyatı indi tam çöküş ərəfəsindədir. Bunu erməni ekspertləri də etiraf edirlər. Ermənistan hətta pandemiyadan çıxmaya bilər. Belə ağır, ümidsiz durumda olan bir ölkənin rəhbərliyinin, hələ də qonşulara qarşı aqressiv siyasət aparması yalnız xəstə siyasi təfəkkürün təzahürü ola bilər.               

Qısası, bölgədə daimi sülhün tək formulu məlum: bölgünün vücudundakı “şişi” kəsib götürmək. Qarabağı Azərbaycana, Abxaziyanı Gürcüstana, azadlığı da köləlikdən qurtuluş üçün Ermənistana vermək. “Şişi” isə ya Türkiyə Azərbaycanla birgə kəsib götürəcək, ya da tutduqları yolun fəlakətə apardığını anlayan ermənilər nəhayət, könüllü şəkildə “sağalmağa”,  “vaksinə” razı olacaqlar - hərçənd ikinci yol az ehtimallıdır. Ən optimal variant olsa da...  
(Yeni Müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam