Ankara-Tehran ortaqlığı İsraili ürküdüb –"TÜRKİYƏ VƏ İRAN GETDİKCƏ MÜTTƏFİQ OLMAĞA BAŞLAYIR"
Set Frantzman
“Jerusalem Post”, 16.06.2020
Yenixeber.org: Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bazar ertəsi günü iranlı vəzifədaşını salamlayaraq, Məhəmməd Cavad Zərifi “qardaşım” adlandırıb. O, Ankara ilə Tehran arasındakı əlaqələrin artacağına ümidlə sevgi dolu tvit atıb. Bundan başqa, COVID-19 dövründə Zəriflə təmasın ilk “normal görüş” olduğunu söyləyib.
Türkiyə və İran rəsmiləri diplomatik və konsulluq binaları qarşısında anlaşma memorandumu imzalayıblar. Ankara Tramp administrasiyasının İrana qarşı birtərəfli sanksiyalarına qarşıdır və xarici işlər naziri pandemiyanın iki ölkənin niyə əməkdaşlıq etməli olduğunu və həmrəyliyin vacibliyini açıqlayıb.
Çavuşoğlunun açıqlamaları bəzi ABŞ diplomatları və şərhçilərinin Türkiyəni İrana qarşı NATO ortaqlığı nəzəriyyəsinə soyuq su səpir.
Bu gün Türkiyə və İran getdikcə müttəfiq olmağa başlayır. Bu ittifaq qismən siyasi İslama köklənmiş ortaq dünyagörüşlə bağlıdır. 1979-cu ildə İran İslam İnqilabı ölkəni teokratiyaya çevirib. Türkiyənin AKP-si “Müsəlman Qardaşlar”la bağlıdır. İslam İnqilabı Keşikçiləri Korpusu digər iki böyük İslam ölkəsinə – Misir və Səudiyyə Ərəbistanına qarşı siyasəti əlaqələndirmək üçün 2014-cü ildə Türkiyədə “Qardaşlar”la gizli görüş keçirib.
Türkiyənin inkişaf etdirdiyi dünyagörüşün mərkəzində xarici işlər naziri durur və digər İslam bəzi İslam ölkələrini “qardaş ölkə” kimi göstərmək cəhdləri var. Məsələn, Pakistan, Kosovo, Somali, Fələstin, Qətər, İraq, Küveyt, Livan, Əfqanıstan, Sudan, Oman, Azərbaycan və Serbiya kimi ölkələrə münasibətdə “qardaş” davranışı sərgilənir. Serbiya xarici işlər nazirinin “qardaş” olaraq gördüyü yeganə qeyri-müsəlman ölkədir.
NİYƏ Türkiyə Misir və Səudiyyəyə düşməndir?
Sünni İslamın tədrisi mərkəzi olan əl-Əzhər Universitetinin yerləşdiyi Misir və Məkkənin yerləşdiyi Səudiyyə Ərəbistanı müsəlman dünyasının əsas hissələridir, lakin hazırda “Qardaşlar”la əlaqəsizdir. Bu vacib və mürəkkəb bir fərqdir. Türkiyənin və ya İranın Qəzzadakı “Həmas” kimi rejimlərlə əlaqəsi Osmanlılar və Farslar və ya sünnilər və şiələr arasındakı tarixi rəqabət barədə mifləri aşan ortaq bir dünyagörüşü sərgiləyir.
Məhz buna görə Ankara Ömər Bəşirin devrilməsindən əvvəl Sudanla əlaqə yaradıb və bir adanı icarəyə götürüb – Misiri hərbi təsirinə almaq üçün. Yenə elə buna görə Türkiyə Tunisdə Rəşid Qannuşini dəstəkləyir. Tripoli ilə ittifaqın əsaslarını qurur və Suriyadakı vətəndaş müharibəsini “İslam qarşıdurması”na çevirmək cəhdini meydana gətirir.
Rəsmi ritorikada Ankara və Tehranın Qüdsün “azad edilməsi” barədə ritorikası da elə buna görədir. Ankaranın Malayziya və Pakistandakı rolu da eyni təmələ əsaslanır. Bu ürəkləri və ağılları fəth etmə uğrunda döyüşdür və Türkiyənin Xarici İşlər Nazirliyi bu döyüşdə əsas elementdir.
Rəcəb Tayyib Ərdoğanın Ankara rejimi bunun üçün bir neçə əsas komponentə malikdir. O, keçmiş xarici işlər naziri Əhməd Davudoğlunun “qonşularla sıfır problem” yanaşmasından yeni siyasətə keçib. Bu siyasət “neo-osmanizm” və ya “pantürkizm” kimi anlayışları aşır. Onun mərkəzində müdafiə naziri Hulusi Akar, kəşfiyyat rəisi Hakan Fidan, baş məsləhətçi İbrahim Kalin, müşavir Yasin Aktay, daxili işlər naziri Süleyman Soylu, baş informasiya strateqi Fahrettin Altun, kürəkəni və pilotsuz təyyarə dizayneri Səlcuq Bayraktar, keçmiş müşaviri general, hərbi podratçı SADAT-ı qurucusu Adnan Tanriverdi və Liviya ekspedisiyasının açarı olan general İrfan Öszert durur. Xarici işlər naziri də bu elitaya daxildir.
ÇAVUŞOĞLU 1968-ci ildə Türkiyənin cənubundakı Antalya yaxınlığında, olduqca gözəl kurort şəhəri olan Alaniyada anadan olub. Zərif kimi, Çavuşoğlu da xaricdə təhsil alıb, lakin dözümlülük, müxtəliflik və dünyəvilik hisslərini mənimsəməyib. London İqtisadiyyat Məktəbindən sonra o, ABŞ-da doktorantura təhsili alıb.
Rəsmi tərcümeyi-halında onun AKP-nin qurucu üzvü olduğu və 2003-cü ildən bəri xarici əlaqələrdə iştirak etdiyini qeyd olunub. Avropa Şurası Parlament Assambleyası ilə çalışıb, müdafiə və miqrasiya mövzularında tez-tez müzakirələr aparıb. Hətta 2018-ci ilə qədər, xarici işlər naziri olmamışdan əvvəl, 2013-2014-cü illər arasında Aİ ilə danışıqlarda iştirak edib.
Türkiyə bir zamanlar Aİ üzvü olmaq istəyib, lakin son illərdə Aİ-yə nifrət və Avropa ölkələrinə davamlı hücumlarla mövqeyi dəyişib. Ankara rəhbərliyi tez-tez əksər Avropa ölkələrini və İsraili nasistlərlə müqayisə edir.
Çavuşoğlunun Avropadakı uzunmüddətli təcrübəsi onu Avropanı, Tehran kimi, “qardaş” kimi görməyə məcbur etməyib. Yanvar ayında bir yunan siyasətçisinin türk bayrağını cırmasına dair xəbərlərə cavab olaraq, bayrağa zərər verənlərin dənizə atılacağını söyləyib. “Avropanın korlanmış və irqçi övladları öz hədlərini bilməlidirlər”.
Digər sərt tənqid Hollandiya siyasətçilərini nasistlərlə müqayisəsi ilə nəticələnib.
TÜRKİYƏNİN xarici işlər naziri Avropanın “eyblərini üzə çıxardır”, lakin çox vaxt müsəlman ölkələrlə “qardaşlıq”dan danışır. O, Fələstin mövzularına dair tvitlər atarkən, İslam kontekstində, “ya Allah, ya Ümmət”, – deyə Fələstinin “satılmayacağını” iddia edir. Qardaşlıq və İslam birliyi anlayışı onun qəlbinə daha yaxındır və dünyagörüşünü göstərir.
Çavuşoğlunun dünyagörüşü Ankaranın xarici siyasətindəki mövcud tendensiyanı əks etdirir. Bu daha çox diqqət çəkən bir tendensiyadır və eyni zamanda, Türkiyənin Qüds kimi mövzularda İslam dünyasını lideri olaraq istəyinə yönəlib. Türkiyə, Qərb sanksiyalarını adlaya biləcək, bir növ, İslam qızıl ticarət şəbəkəsi qurmaq üçün Qətər və Malayziya və İranla bir araya gəlib.
Çavuşoğlu tvitləri ilə dünyanı “qardaşlar”a və başqalarına bölür. Məsələn, türkcə “kardeşliyi”, “kardeşim” və “kardeşlerimizle” kəlmələrindən istifadə edir. Bəzən digər hökumət üzvləri də.
İlk baxışdan insanları “qardaş” adlandırmaq yaxşıdır və Türkiyə lideri 1950-ci ildə Türkiyə oraya bir dəstə göndərəndə, Koreya müharibəsində “qan qardaşlığı” haqqında danışıb. Ancaq indi daha çox İslam naminə istifadə olunur. Bu “kardeşlik” sadəcə avropalılar, ABŞ və ya digər ölkələrlə digər görüşlər üçün mövcud deyil və siqnal aydındır. Türkiyənin düşmən olduğu ölkələr üçün də istifadə edilmir, yəni sırf İslam ölkələri haqqında deyil, o, siyasi İslam dünyagörüşüdür.
Ankara İslam birliyi mesajını dünya məsələlərinə yönəltməyə çox çalışır, bu, İrana cazibədar görünür – Suriyada fərqli tərəflərdə olsalar da. Məsələn, Türkiyənin İraqdakı şiə milislərinə dair etirazları buxarlanıb.
Tərcümə: Strateq.az