Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezidentin həyat yoldaşı etiraz aksiyasında saxlanılıb

 

 Albaniya Prezidenti İlir Metanın həyat yoldaşı Monika Krimadi Tiranada Milli Teatrın sökülməsi ilə bağlı keçirilən etiraz aksiyasında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Yenixeber.org: RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə “Albanian Daily News” nəşri məlumat yayıb.

Bildirilib ki, bazar günü səhər şəhər sakinləri sözügedən teatrın sökülməsinə qarşı çıxaraq tikilini mühasirəyə alıblar. Etirazçılar arasında Albaniya prezidentinin həyat yoldaşı, parlament üzvü və Sosialist Partiyasının lideri Monika Krimadi də olub.

Etirazçıların cəhdinə baxmayaraq teatr binası dağıdılıb.

Aksiya zamanı ölkənin birinci xanımı da daxil olmaqla bir neçə etirazçı polis tərəfindən saxlanılıb.

Nəşrin məlumatına görə, Monika Krimadi artıq sərbəst buraxılıb.

Xatırladaq ki, 2018-ci ildə ölkənin Baş naziri Edi Rama 1939-cu ildə inşa edilmiş binanın yerində yeni, müasir teatr ucaldılması məqsədilə qədim tikilinin sökülməsi ilə bağlı qərar imzalayıb.

Baş nazirin bu qərarı paytaxt sakinlərinin narazılığına səbəb olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam