Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin Əsədin "qələmini qırdı"? –Rusiyanın Suriya diktatorunun yerinə hazırladığı generalın adı açıqlandı (Foto)



 Rusiya ilə Əsəd arasındakı böhran dərinləşir. Rami Mahluf olayından sonra indi də Bəşər Əsədə yaxın çevrələrin ağzından Putini tənqid edən xəbərlər yayılmağa başlayıb.
Yenixeber.org: Türkiyənin Kanal7 televiziyasının xarici xəbərlər müdiri Taha Dağlı Rusiya prezidenti ilə Əsəd arasında böhran barəsində sensasion açıqlamalar verib.
O qeyd edib ki, Putin Əsəddən istədiyi 4 milyard dollarlıq müharibə təminatının axtarışındadır. Bildirilir ki, Putin bu təzminatı aldıqdan sonra Əsədin arxasından çəkiləcək. Belə bir şey olarsa, Putin Suriyada Əsədin yerinə kimi gətirməyə çalışır?
Türkiyəli yazar Bəşər Əsədin yerinə keçməsi gözlənilən adı adıqlayıb. Bu adam Suriyanın 5-ci ordusunun komandanı Süheyl Həsəndir.
Süheyl Həsənin Rusiyaya bağlı biridir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Suriyadakı bir nömrəli adamı sayılır.
Qeyd edək ki, Süheyl Həsən Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki "Bahar qalxanı" əməliyyatında yaralanmışdı. Süheyl Həsən məsələsində Rusiya ilə yanaşı, bir İran faktoru da var. Bəşər Əsəd rejimini müdafiə edən İran onun dəyişdirilməsi ilə məsələni necə qarşılayacaq? Bu sualın cavabı açıq qalır.




 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam