Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakının post-pandemiya müharibə taktikası - işğala qarşı “Yol xəritəsi”

Azərbaycan və düşmən ölkəyə yeni dönəm nə vəd edir? İnqilabın ikinci ildönümü ərəfəsində Paşinyan öz xalqını ümidli olmamağa çağırdı: “Böhran içində boğulacağıq...”

Yenixeber.org: Pandemiya Ermənistanın “inqilabçı” hakimiyyətinin mahiyyətini daha çılpaqlığı ilə ortaya çıxarıb. Nikol Paşinyan və komandasının böhrana hazır olmaması ilə yanaşı, “məxməri” baş nazirin narazı xalqa verdiyi vədlərin heç birinin reallaşa bilməyəcəyinə də qətilik yaranıb.

Bir həftə sonra - mayın 8-də Ermənistanda inqilab nəticəsində baş vermiş hakimiyyət dəyişikliyinin ikinci ildönümü tamam olacaq. Ancaq gerçək belədir ki, iki il öncə bəh-bəhlə Serj Sərkisyan rejimini devirən Paşinyan tərəfdarları indi dərin məyusluq içində təzədən əks cəbhədə - narazılar cəbhəsində yer almaqdadır.

Koronavirus pandemiyası bu prosesi sürətləndirib. Yeni böhran onsuz da ağır durumda olan əhalinin dolanışığını daha dözülməz edib. Hökumət isə vəziyyəti müsbətə dəyişmək üçün konkret proqrama və mexanizmə malik deyil. Hətta pandemiya bitsə belə, Ermənistanda əhalinin yaşam səviyyəsi indikindən yaxşı olmayacaq. Çünki illərdir həll olunmamış qalan Qarabağ konflikti, müharibə vəziyyəti və bunun məntiqi nəticəsi kimi blokada rejimi mövcudluğunu saxlayır.

News.Az - Latest news from Azerbaijan

İkinci ildönüm ərəfəsi Nikol Paşinyanın özündə də məyusluq güclənməkdədir. Onun facebook üzərindən növbəti canlı yayım zamanı xalqa müraciəti buna şəkk-şübhə saxlamır. Ermənistan mediası yazıb ki, Paşinyan həmin çıxışda, faktiki, hökumətin ölkədəki problemləri həll etmək iqtidarında olmadığını və Nazirlər Kabinetinin bacarıqsızlığını etiraf edib. Paşinyan həmin çıxışında cəmiyyət üçün bir sıra sensasion açıqlamalar verib. Hətta gələn ilin də Ermənistan üçün çox pis olacağını söyləyib.

“Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün hökumət olaraq heç nə edə bilmərik. İndi kim deyə bilər ki, koronavirus böhranı nə qədər davam edəcək? Məsələn, mən bunları deyə bilərəm: hesablamalarımız göstərir ki, ən azından, gələn ilin martınadək bu böhran içində boğulacağıq. Deyirəm ki, böhran bir ildən də çox davam edə bilər. Böhran bütövlükdə Ermənistana, hökumətə, siyasi hakimiyyətimizə və ən əsas da nüfuzumuza təsir edəcək”, - deyə Paşinyan təşvişlə bildirib.

US ambassador to OSCE calls for concrete settlement measures in

Başqa sözlə, hakimiyyətinin iki ilinə bir həftə qalmış Nikol Paşinyan öz xalqını gələcəyə ümidli olmamağa çağırıb.

Ermənistanın Politik.am saytı isə yazıb ki, hazırkı qəliz durumda belə bir bəyanatla çıxış edən hökumət başçısı əslində məsuliyyətdən qaçmağa çalışır, çünki o, bir müddət öncə hər şeyin yaxşı olacağına söz vermişdi. Bundan əlavə, baş nazir Ermənistan dövlətinin pensiya ödəmək gücünə malik olmayacağı bir vəziyyətin yarana biləcəyini belə istisna etməyib.

Paşinyanın sözlərində əslinə qalsa, həqiqət payı böyükdür. Heç bir ciddi təbii qaynağı, maliyyə resursu olmayan, pandemiyadan sonra da blokadası davam edəcək, olan-qalan maliyyə resurslarını epidemiya və onun nəticələri ilə mübarizəyə sərf edən cırtdan və kasıb Ermənistanın post-pandemiyadan sonra heç olmasa əvvəlki vəziyyətə qayıtması belə, mümkünsüz görünür. 

USAID 'countering Kremlin' framework is not about Russia ...

Məsələ ondadır ki, o vaxt Rusiyanın da başı yüzdə yüz özünə, öz problemlərinə qarışacaq. Yəqin ki, Moskva hələ uzun müddət Güney Qafqazdakı satellitinin hayında olmayacaq. Eyni zamanda illərdir özü ilə daşıdığı “Ermənistan” adlı ağır, “qulpsuz çamadan”ın ondan ötrü necə mənasız və əlavə yük olduğunu pandemiyadan sonra xüsusilə qabarıq şəkildə hiss edəcək, anlayacaq.

Azərbaycana gəlincə, ölkəmizin koronaviris öncəsi start iqtisadi-maliyyə göstəriciləri onsuz da işğalçı Ermənistanla müqayisəyəgəlməz dərəcədə yaxşı idi. Mötəbər maliyyə qurumları və iqtisadçı ekspertlərin təxminlərinə görə, bu və başqa səbəblərdən Azərbaycan post-pandemiya dönəmində qonşu Ermənistan və Gürcüstandan qat-qat qısa zamanda özünə gələcək.

Caucasian Knot | OSCE monitoring reveals no incidents in Karabakh ...

Bir sözlə, Azərbaycan və düşmən ölkə üçün yeni, daha çox bizim xeyrimizə olacaq bir dönəm yaxınlaşır. Daha da taqətdən düşmüş, bizimlə təkbətək qalmış, həmçinin rəqabət, o sırada silahlanma yarışında ayaqlaşmaq qabiliyyətini itirmiş təcavüzkar ölkəyə qarşı Azərbaycanın bir neçə uğurlu lokal hərbi əməliyyatı yetər ki, dünya birliyini, Moskvanı qıcıqlandırmadan Ermənistanı danışıqlar masası arxasında üzüyola və konstruktiv mövqeyə vadar edəsən.

İşğala qarşı kritik “Yol xəritəsi”nin qayəsini da məhz yeni situasiyada işğala qarşı “addım-addım” taktikası dayana bilər. Artıq bunun üçün iqlim şəraiti də, geosiyasi şərtlər də kifayət qədər məqbul görünür. Üstəlik, İrəvan rəsmilərinin verdikləri təxribatçı açıqlamalar sülh danışıqları üçün heç bir şans saxlamayıb. Dünya işğalçı tərəfin konstruktiv danışıqlarda, ədalətli sülhdə maraqlı olmadığına əyani şəkildə şahidlik etməkdədir.

Demək, zor variantına əl atmaq üçün Azərbaycanın əli güclənib. Bəlkə də belə unikal fürsət əlimizə bir də düşməyəcək...

Analitik xidmət,
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam