Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koreya lideri koronavirusa yoluxub? –“O, hamını barmağına dolayıb...”

 

         

 Aprelin 11-dən “yoxa çıxan” şimali Koreya lideri Kim Çenı Inla bağlı ortaya yeni iddia atılıb.

Yenixeber.org: Məşhur “The Guardian” nəşri yaponiyalı jurnalist Ciro İsimarunun Kim Çen Inla bağlı iddialarını dərc edib.

Jurnalist bildirib ki, Şimali Koreya liderinin “yoxa çıxması” dünyanı bürüyən koronavirus pandemiyasından qorunmaq məqsədilə bağlıdır. O, guya Kim Çen Inın öldüyü barədə informasiyalara inanmadığını deyib və qeyd edib ki, əgər belə bir şey baş versəydi, Koreyada bunun ətrafında daha böyük səs-küy yaranardı: “Belə bir fikir var ki, ya onun özü, ya da ətrafından kimsə koronavirusa yoluxub. Buna görə də gizlənir.“

İsimaru bildirib ki, Kim Çen In böyük ehtimalla ölkənin cənub-şərqindəki Vonsan şəhərindədir. Onun qatarı məhz həmin şəhərə yollanıb. Ancaq jurnalistin fikrincə, bu da sadəcə hiyləgər planın tərkib hissəsi ola bilər: “O, hamını barmağına dolayıb...”

Qeyd edək ki, bundan öncə Cənubi Koreyanın hökumət təmsilçisi, Milli Birlik naziri Kan Yon Çxol Şimali Koreya liderinin ölümü ilə bağlı yayılan məlumatları “feyk” adlandıraraq, yalanlamışdı. Ancaq məsələ ondadır ki, Kim Çen In Şimali Koreya dövlətinin yaradıcısı sayılan babası Kim İr Senin hər il aprelin 15-də bayram kimi qeyd olunan təmtəraqlı ad günü mərasiminə qatılmayıb. Bu da onun səhhətilə bağlı şübhələri xeyli artırıb. Şimali Koreyanın rəsmi orqanları isə Kim Çen Inın harada olması ilə bağlı heç bir məlumat yaymır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam