Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Türkiyə ilə Rusiya razılığa gəldi:Bəşər Əsədin "nəfəsliyinə" birgə nəzarət edəcəklər.

 

  

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Moskva səfəri zamanı iki ölkə başçısının əldə etdiyi bərabər hərbi patrul dövriyyəsi razılığına əsasən, rus heyəti bu gün Ankaraya gəlib.

Yenixeber.org: Rusiya ilə Türkiyə hərbçiləri görüşüblər və İdlibdə ortaq hərbi patrul dövriyyəsinin detallarını müəyyənləşdiriblər.

Məlumata görə, hərbi patrul dövriyyəsi mart ayının 15-də başlayacaq.

Hərbi patrul dövriyyəsi M-4 şosse yolu üzərində baş tutacaq.

 

M-4 şossesi Hələblə Latakiyanı (Lazkiyə) birləşdirən, rejim qüvvələri tərəfindən idarə olunan magistral yoldur. Şossenin bir hissəsi müxalifətçilərin nəzarətində olan Serakibdən keçirdi. Bu səbəbdən də Latakiya və Hələb arasındakı irtibatın qarşısı kəsilir, beləcə strateji əhəmiyyətə malik olan Latakiya Bəşər Əsəd rejiminin nəzarətindən çıxırdı. Suriya və rus ordusunun İdlibdəki hərbi əməliyyatının əsas səbəblərindən biri də bu rabitəni bərpa etmək idi. Çünki Latakiyada rus hərbi dəniz limanı var və Suriyaya göndərilən bütün hərbi silah və sursatlar bu limana gətirilib burdan başqa yerlərə aparılır. M-4 şössesinin bağlı olması bu mənada Latakiyanın da strateji əhəmiyyətini azaldırdı.

Latakiya həm də Bəşər Əsədin mənsub olduğu nusayrilərin əsas məskənidir. Əsəd ailəsi də bu bölgənin insanlarıdır. Latakiyanı Dəməşqə bağlayan yeganə yolun müxaliflərin əlindən olması Bəşər Əsədin alınmaz qalasını mühasirəyə salırdı.

Türkiyə ilə Rusiyanın razılaşmasından belə anlaşılır ki, Latakiyanı Dəməşqə bağlayan yol artıq müxaliflərin nəzarətindən tamamilə çıxacaq və Moskva ilə Türkiyənin birgə nəzarəti altına düşəcək.(ovqat)

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam