Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TÜRK ORDUSU TERRORÇULARA AĞIR ZƏRBƏLƏR ENDİRMƏKDƏDİR –“İdlibdən ağır texnikanın geri çəkilməsindən söhbət gedə bilməz”

 

 Türk Silahlı Qüvvələri ölkə daxilində və xaricində terror təşkilatlarına ağır zərbələr endirməyə davam edir.

Yenixeber.org: Son bir ay ərzində Türkiyə və Suriyanın şimalındakı “Sülh çeşməsi”, Münbicdən isə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgələrə daxil olmağa cəhd edən 286 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Bahar qalxanı” əməliyyatı başladığı gündən bəri 3 mindən çox Türkiyə vətəndaşı hərbi xidmətə çağırış məntəqələrinə müraciət edərək, “könüllü hərbi xidmətə” yollanmaq istədiklərini bildiriblər: “Son bir ay ərzində Sülh çeşməsi əməliyyatının keçirildiyi bölgədə 155, Münbicdən Fərat qalxanı əməliyyatının keçirildiyi bölgəyə daxil olmağa cəhd edən 37, Tel-Rifatdan Zeytun budağı əməliyyatının keçirildiyi bölgəyə daxil olmağa cəhd edən 7 PKK/YPG terrorçusu, terrorizmə qarşı mübarizə çərçivəsində isə ölkə daxilində və sərhəddən kənarda keçirilən əməliyyatlar nəticəsində 87 terrorçu zərərsizləşdirilib.

Həmçinin İdlibdəki müşahidə məntəqələrimiz fəaliyyətini davam etdirir. Bu bölgədən ağır texnikanın geri çəkilməsindən söhbət gedə bilməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam