Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İSMƏT ABBASOVUN BAŞI DƏRDDƏ

 

Prezidentin gündəmə gətirdiyi subsidiya korrupsiyası hüquq-mühafizə orqanlarını hərəkətə gətir

"Xeberinfo.com":   Məlumata görə, bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatına ayrılan subsidiyalardan narahatlıqla danışması bu məsələyə yenidən diqqəti yönəldib. Bu, dövlət başçısının subsidiyalarla bağlı ikinci çıxışı olduğundan, onun narahatlığının arxasında bəzi daha ciddi məqamların olduğu istisna edilmir.
Qeyd edək ki, çıxışında İ.Əliyev 2013-cü ildə kənd təsərrüfatı naziri təyin edilən Heydər Əsədova xitabən kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını vurğulayıb: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.
Bəzi ekspertlər isə bildirirlər ki, bu fikirlərlə keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov yenidən hədəfə gəlib. İki il əvvəl dövlət başçısı bu mövzunu gündəmə gətirərkən kənd təsərrüfatı naziri İsmət Abbasov idi. Dövlət başçısı ciddi tonla subsidiyaların məmurlar tərəfindən mənimsənilməsinə toxunmuşdu. Bu çıxışdan sonra mətbuat İ.Abbasovun yaxın zamanlarda vəzifəsini itirəcəyini yazırdı. İ.Abbasov bu müşavirədən 8 ay sonra nazir postundan uzaqlaşdırıldı və onu simvolik olaraq baş nazirin müavini postuna təyin etdilər. Həmin vaxt bildirilirdi ki, hüquq-mühafizə orqanlarında İ.Abbasov haqda dosye hazırdır və onun vəzifədən çıxmasını gözləyirlər. Lakin son anda İ.Abbasovun baş nazirin müavini postuna təyinatı onu həbsdən xilas etdi. Dövlət başçısının son müşavirədə yenə bu məsələnin üstünə qayıtması isə İsmət Abbasov mövzusunun tam qapanmadığını ehtimal etməyə ciddi əsasdır. Yəni ölkə başçısı dolayısı ilə İ.Abbasova vaxtı ilə dövlət vəsaitini mənimsədiyini xatırladıb. Belə çıxır ki, sabiq kənd təsərrüfatı naziri ya mənimsədiyi milyonları büdcəyə qaytarmalı olacaq, ya da həbs edilərək dəmir barmaqlıqlar arasına göndəriləcək.
1QEkspert Qubad İbadoğlu isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bir neçə il əvvəl subsidiyalarla bağlı ciddi araşdırma aparıblar. Araşdırmalar isə bu sahədə ciddi korrupsiya faktlarının, hətta korrupsiya halqasının mövcudluğunu aşkara çıxarıb.
“Milli Büdcə Qrupu olaraq 2011-12-ci illərdə apardığımız tədqiqatlar zamanı regionlara ayrılan subsidiyaların mənimsənilməsi hallarını aşkara çıxardı. O zaman biz bunu ictimailəşdirsək də, rəsmi dairələr diqqət yetirmədi. Hazırda bu barədə müzakirələrin prezident səviyyəsində aparılması onu göstərir ki, artıq bu iş çox şişib və korrupsiya miqyasları getdikcə genişlənir”,- deyə ekspert vurğulayıb.
43Subsidiyalarla bağlı ölkədə dövr edən korrupsiya faktlarının cinayət müstəvisinə keçirilməsi də istisna deyil. Hüquqşünaslar bunun üçün kifayət qədər əsaslar olduğunu vurğulayırlar. Hüquqşünas Müzəffər Baxışın sözlərinə görə, subsidiyalarla bağlı cinayət işlərinin açılması realdır: “Dövlət başçısı özü bunu deyirsə, deməli, özü çox yaxşı bilir ki, onun kənd təsərrüfatına, ayrı-ayrı rayonlara ayırdığı subsidiyalar rayon icra hakimiyyətinin başçıları tərəfindən mənimsənilir. Bu, Azərbaycanda bir mexanizmdir. Hamı bilir ki, mexanizm hansı qaydada həyata keçirilir. Kənd, qəsəbə icra nümayəndələri konkret şəxslərə saxta arayışlar verirlər ki, guya onun filan qədər torpaq sahəsi var, filan qədər taxıl məhsulları əkir. Əsasən subsidiyalar taxıl məhsullarına ayrılır. Proses saxta sənədlər əsasında həyata keçirilir, kənd icra nümayəndəsi saxta sənədi tanıdığı, inandığı şəxslərə verir, bu arayışlar əsasında əldə edilən pul da bölünür. Arayışlara əsasən, nə qədər pul buraxılırsa, bir hissəsi yerli icra nümayəndəsinə, onun vasitəsilə də həmin pul rayon icra hakimiyyətinin başçısına çatdırılır. Bu mexanizmi Azərbaycanda az qala hər kəs bilir”.
Hüquqşünasın sözlərinə görə, bununla bağlı cinayət işləri özbaşına açıla bilməz və ciddi tapşırıqlar olmalıdır: “Cinayət işi açılmalıdır. Yəni konkret cinayəti törədən bəlli, cinayət mexanizmi bəlli, bunu sübut etmək imkanları da mümkündür. Prezident Administrasiyasından Baş Prokurorluğa göstəriş verilməlidir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılmalıdır. Bu faktlarda Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin – külli miqdarda dövlət əmlakının mənimsənilməsi, 313-cü maddəsinin – vəzifə saxtakarlığı, 308.2-ci maddəsinin – vəzifə səlahiyyətlərinin aşmaq – tərkibləri var”.
61Yeri gəlmişkən, subsidiyaların verilmə prosesində yeyintilərin olması uzun müddət mətbuatın gündəmindən düşməyən mövzudur. Hətta ötən il “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun büdcə vəsaitlərini talaması faktı aşkarlanmışdı və o, istefa verərək, ölkəni tərk etmişdi. Mətbuatda bu strukturda hökm sürən korrupsiya, büdcədən fermerlərə dəstək və aqrar sektorun inkişafı üçün ayrılmış yüz milyonlarla vəsaitin talanması barədə çoxsaylı məlumatlara, şikayətlərə rast gəlmək olar.
Sabiq nazir İsmət Abbasovun başı dərddədir. Hakimiyyətdəki rəqibləri onun axırına çıxmaq üçün çoxdan fürsət gözləyirlər. Bir işarə bəs edər ki, onun qələmini qırsınlar. Prezidentin son müşavirədə subsidiya korrupsiyası ilə bağlı dedikləri İsmət Abbasovla bağlı qərarın verilməsinə işarə sayıla bilər. Gözləyək…

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam