Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Türkiyəni “vurmaq” üçün“aprel əməliyyatı”na hazırlaşır

Suriyada Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi, xüsusilə də heç bir dövlətin geri çəkilmək niyyətində olmaması problemin dərinləşəcəyi, hətta daha ciddi qarşıdurmalara səbəb olacağı ilə bağlı ehtimallara yol açmaqdadır.

Yenixeber.org: Artıq gərginləşən münasibətlər fonunda Rusiya Türkiyəyə qarşı iqtisadi təzyiq mexanizmlərini işə salmağa hazırlaşır. Suriyada türk əsgəri ilə üz-üzə gəlməkdən çəkinən, onunla Suriya ordusu vasitəsi ilə döyüşən Rusiya, cari ilin yay ayında Türkiyəyə gələcək milyonlarla rus turistin axın istiqamətini başqa ünvana dəyişmək niyyətindədir.

Belə ki, Türkiyəyə gələcək turistləri Misirə istiqamətləndirmək nəzərdə tutulur ki, məqsəd türk iqtisadiyyatını tusizm sektorundan gələcək gəlirlərdən məhrum etmək, ona iqtisadi müstəvidə əzələ nümayiş etdirməkdir. Rusiya tərəfi hesab edir ki, rus turistlərin Türkiyəyə deyil, Misirə səfəri Rusiya vətəndaşları üçün eyni miqdarda maliyyə məsrəfinə başa gələcək. Həmçinin, “müharibə aparan dövlət olan Türkiyə”dən fərqli olaraq, Misirin daha təhlükəsiz olduğu yönündə təbliğat aparılır. Halbuki, Kremlin rus turistlərinin taleyindən deyil, Türkiyənin turizm axınından böyük vəsait əldə edəcəyindən daha çox narahatlıq keçirdiyi bəllidir.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Türkiyə sərhədlərini pozan rus təyyarəsinin vurulmasından sonra da Kreml eyni ssenarini işə salmış, rus turistlərinin qardaş ölkəyə səfərini müxtəlif yollarla məhdudlaşdırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam