Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“... TƏKİ RUSİYANIN QARŞISINDA ALÇALMAYAQ” -Lukaşenko

Yenixeber.org: Fevralın 14-də ölkə prezidenti Aleksandr Lukaşenko Svetloqorska (Qomel vilayəti) səfəri zamanı bəyan edib ki, Belorus digər ölkələrdən neft alışını davam etdirəcək. Hətta Rusiya neftindən baha qiymətə olsa belə bunu edəcək. 

“Başlıcası Rusiyanın qarşısında alçalmamaqdır” – deyə, Lukaşenko bildirib .

Bundan əvvəl Lukaşenko danışıb ki, fevralın 7-də Soçidəki danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin Belorusun digər ölkələrdən baha qiymətə neft almasına təəccüb etdiyini bildirib.

«Hər il dekabrın 31-də diz çökməmək məqsədilə bunu etdik» - deyə, Lukaşenko izah edib.

Bu zaman Belorus prezidenti qeyd edib ki, Moskvada çoxları Belorusun Rusiyaya birləşməsinin əvəzində enerji daşıyıcılarının vahid qiymətə olacağına işarə vururlar.

«Onlar inteqrasiyanı Belorusun udulması kimi başa düşürlər. Bu, inteqrasiya deyil. Bu, inkorporasiyadır! Mən, heç vaxt buna getmərəm. Nə Belorus xalqı, nə də Rusiya xalqı bu yolla getmək istəməz» - Lukaşenko bildirib.

«Yadda saxlayın, sizin nə vaxtsa seçdiyiniz ilk prezident heç vaxt «axırıncı» olmayacaq. Artıq məndən sonra necə yaşayacağınızı fikirləşin. Mən sağ olanda və prezident olmayanda hər zaman mübarizə aparacam ki, bizim torpağımız suveren və müstəqil olsun» - deyə, dövlət başçısı əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam