Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycanla Rusiyanın AŞPA-da baş verənlərə baxışı oxşardır” –Rusiyalı parlamentarilər

 

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti ilə çox gözəl təmaslarımız var. Azərbaycanla Rusiyanın AŞPA-da baş verən məsələlərə baxışı oxşardır”.

Yenixeber.org: Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər Komitəsinin sədr müavini, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bu gün AŞPA-nın qış sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Azərbaycanla Rusiyanın AŞPA-da baş verən məsələlərə baxışı oxşardır. Bu da öz növbəsində bir sıra mürəkkəb məsələlərdə Azərbaycanın anlayışlı mövqeyinə ümid etməyə, digər tərəfdən Azərbaycanın dəstəyə ehtiyacı olduğu zaman bizim hazır olmağımıza imkan verir. Rusiya məmnuniyyətlə AŞPA-da Azərbaycana dəstəyini göstərir”, – deyə rusiyalı senator vurğulayıb.

AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy isə Rusiyanın təşkilatda Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr istisna olmaqla, bütün qonşu ölkələrin nümayəndə heyətləri ilə yaxşı münasibətdə olduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam