Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anjey Kaspşikin mandatı yenidən uzadılıb –Xüsusi elçisi vəzifəsinə isə Ditmir Buşati təyin edilib

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Yenixeber.org: Bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.

Səfir Rudolf Miçalka da yenidən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiqlənib.

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi vəzifəsinə isə Ditmir Buşati təyin edilib.

Bundan başqa, səfir Heidi Grau ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Tomas Mayr-Harting ATƏT-in fəaliyyətdə olan sədrinin Dnestryanı münaqişəsi üzrə xüsusi nümayəndəsi, polkovnik Sulo Mustafaraj ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təyin olunub.

Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Slovakiyadan Albaniyaya keçib.

Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam