Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elnur Aslanov - siyasi meydana geri dönür

Elnur Aslanov siyasi meydana geri dönür

Prezident Aparatının keçmiş şöbə müdiri Elnur Aslanov yenidən siyasi meydana dönür.

 

Yenixeber.org: Elnur Aslanova yaxın şəxslərdən aldığımız məlumata görə, Azərbaycan hökuməti ona yenidən etimad göstərəcək.

Bəziləri ona Prezident Aparatında vəzifə veriləcəyini bildirir. Amma daha yaxın çevirə Elnur Aslanovun Parlament seçkilərinə qatılacağı barədə qəti qərarın qəbul olunduğunu söyləyirlər: "Seçkilərə qatılması bir-iki gün ərzində elan ediləcək".

Qeyd edək ki, E.Aslanov 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olub. Oradakı vəzifəsindən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu postunu isə 2016-cı ildə itirib.

Bundan sonra ABŞ-a oxumağa gedib və Harvard Business Schoolun məzunu olub. Hazırda bizneslə məşğuldur.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, iki kitab müəllifidir. (BakuPost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam