Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Əliyevin duş effektli “çevrilişi”:köhnə qvardiyanın cüməsi necə qara gəldi?

 

Dünyanın hər yerində, o cümlədən Azərbaycanda keçirilən “black Friday” – “Qara cümə” günü bir sıra məmurlar üçün elə qara cümə oldu.

Yenixeber.org: Cəmiyyət Milli Məclisin buraxılması xəbərinin şok terapiyasını adlamamış noyabrın 28-də prezident İlham Əliyev növbəti soyuq duş effekti yaradan sərəncamlar verdi.

Növbədənkənar parlamenti seçkilərinə az qalmış siyasi hakimiyyətin panoraması ictimaiyyətin üzünə daha da açıldı.

Xüsusən çoxdan gözlənilən sərəncam kiminə qara cümə, kiminə cümə bayramı oldu – söhbət prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, “trol ideoloqu” və tənqidçi mediaya basqıların təşkilatçısı kimi təqdim edilən Əli Həsənovun vəzifəsindən azad olunmasından gedir.

Prezident Administrasiyasının strukturunun təsdiqlənməsi və yeni tərkibi ilə bağlı digər 14 sərəncamın heç biri bu qədər ajiotaj doğurmadı. Nə Məhərrəm Əliyevin yenidən PA-ya gətirilib prezident köməkçisi təyin edilməsi, nə əmlak komitəsinin sədri Kərəm Həsənova prezident köməkçisi postu verilməsi, nə üç şöbənin ləğvi, nə Şahmar Mövsümovun Neft Fondundan çıxarılıb prezident köməkçisi qoyulması Əli Həsənovun işindən azad edilməsi və şöbəsinin ləğvi qədər səs-küy doğurmadı.

Hətta həmin təyinatlar istefanın yanında kölgədə qaldı. Bu, PA rəhbəri vəzifəsindən çıxarılan Ramiz Mehdiyevlə bağlı sərəncamdan sonra ikinci belə rezonans doğuran qərarıydı.

Çünki Ə.Həsənov hakimiyyətin daxilində elə bir fiquruydu ki, onun haqqında zaman-zaman gizli-gizli, pıçıltı ilə danışdırdılarsa, son həftələrdə açıq mətnlə “vurulması”na başlanmışdı. Mehdiyevin gedişindən sonra isə onun postunda qalmayacağı 90 faiz qətiləşmişdi.

Mötəbər qaynaqlar da noyabrın sonunda gedəcəyini sızdırırdılar, sadəcə, rəsmi sərəncam olmayana qədər yazmamağı qərarlaşdırmışdıq.

Maraqlı məqamlardan digəri isə PA-nın ləğv ediləcəyi  proqnozlarının özünü doğrultmaması oldu. Prezident bu struktura nəinki əhəmiyyət verdiyini nümayiş etdirdi, onun tərkibini yenidən ən yüksək səviyyədə formalaşdırdı. O deməkdir ki, ölkədə aparılan struktur dəyişikliklərinin sırasında bu qurumun ləğvi nəzərdə tutulmur.

Lakin ən vacib məsələ PA kluarlarının, ümumən, iqtidar vitrininin məşhur simalarının gedişindən sonraboşluğun necə doldurulacağıdır.

Axı bir zamanlar yüksək ranqlı məmurların tutduqları vəzifələrlə yanaşı şəxsi statusları, fiqur olaraq adları cəmiyyətdə böyük səslənirdi,xof yaradırdı – Ramiz Mehdiyev, Əli Həsənov və s.

İndiki PA rəhbəri Samir Nuriyev, Ə.Həsənovun şöbəsinin yerinə yeni yaradılan siyasi partiyalar, QHT-lər və qanunverici hakimiyyətlə iş şöbəsi müdiri Ədalət Vəliyev hələ ki ictimaiyyətə heç nə demirlər.

Elə prezidentin islahatlarının da gerçək mahiyyəti budur ki, sistem fiqurlar, adlar üzərində yox, onların qrup maraqları, siyasi oyunları müstəvisində deyil, şəxslərin fəaliyyəti nəticəsində işlək olmalıdır, inkişaf getməlidir, şəffaflıq təmin olunmalıdır, qorxu mühiti aradan qalxmalı, bürokratiya darmadağın edilməli, xalqla məmurlar arasında bir körpü yaradılmalıdır.

Yanvardan başladılan irimiqyaslı islahatlar, prezidentin verdiyi vədlərin həyata keçməsi göstərdi ki, yeni dönəm başlanıb, bürokratik aparat sıradan çıxarılıb, xalqı eşidən, islahatları sürətləndirən komanda formalaşıb. Bu prosesin möhürü yeni parlament və media siyasəti ilə vurulacaq.

İ.Əliyevin üstünə əyalətləri qaldıranlar, sosial zülmü ərşə çıxaranlar, ətalət və irtica mühiti yetişdirənlər artıq komandadan təmizlənib – yeni Azərbaycan başladılıb.

Bəs, sonra nə olacaq sualının cavabı çoxdan hazırdır: prezident gənc komandası ilə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa, iş yerlərinin çoxalmasına, sahibkarlığın ən yüksək səviyyədə inkişafına, biznes mühitinin rəqabətli və şəffaf olmasına şərait yaradacaq.

Artıq məmur özbaşınalığından boğaza yığılmış ayrı-ayrı xalq kütlələrinin bölgələrdə, şəhərlərdə küçələrə axışmasını görməyəcəksiniz, şikayətlər azalacaq, cəmiyyətdəki gərginlik, aqressiyanın yerini müəyyən pozitiv irəliləyişlər dolduracaq.

Bir sözlə, Əliyev sarayın içini islahatları tormozlayan qüvvələrdən təmizlədi. Çünki özü çıxışında hakimiyyət daxilində islahatlar əleyhinə gedən qüvvələrin olduğunu açıqlamışdı və onların himayəsindəki medianın kompromat savaşı apardığını bildirmişdi.

Beləliklə, prezidentin “ağ inqilabı” məntiqi zəfərinə çatmaqdadır və ayaqlarına dolaşan daşlar təmizlənməkdədir. Xalq da illərdir ki, prezidentin ətrafındakı bəzi qüvvələrin ona işləməyə imkan vermədiklərini söyləyirdi. Qəza bitdi, cümən və hər günün mübarək, Azərbaycan…(reportyor.info)

 

İlqar Mətin 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam