Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Afaq Bəşirqızı deputat olsun...-Zeynəb Xanlarova kimi yox

 

Afaq Bəşirqızının Milli Məclisdə Zeynəb Xanlarovanı əvəzləməsi istənilir -

Xəbər verdiyimiz kimi, son bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının növbəti Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. 

Yenixeber.org: Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, onlar A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər:

“Əziz həmvətənlər, dəyərli soydaşlarımız! Gəlin, Afaq Bəşirqızını Milli məclisə əsl millətini sevən biri olduğuna rəğmən, millət vəkili seçilməyə çağıraq! Razı olanlar, rica edirəm, dəstəkləyib paylaşaq. Bu gözəl şəxsiyyəti Milli Məclisdə Zeynəb Xanlarovanın əvəzinə görmək istərdinizmi?” – deyə onların paylaşdığı mətndə qeyd olunub. Kampaniyaya azərbaycanlı məşhurlar da qoşulub. Aktrisanı deputat kimi görmək istəyənlər arasında  qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva, Əməkdar artistlər Elza Seyidcahan və Vasif Məhərrəmli də olub.  

Məsələ ilə bağlı Kult.az-a danışan A.Bəşirqızı hələlik bu barədə danışmaq üçün tez olduğunu deyib: 

“Hesab edirəm ki, indi bu söhbətlərin yeri deyil. Kimlər məni dəstəkləyirsə, Milli Məclisdə görmək istəyirsə, onlara təşəkkür edirəm. Düzü, bu barədə bir şey deyə bilmərəm. Hələlik bu haqda düşünməmişəm”.

Yenixeber.org-un əlavəsi: Xatırladaq ki, mart ayında  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Afaq Bəşirqızı Prezidentə aktyorların çətin həyat şəraitindən danışaraq onların maaşının qaldırılmasını xahiş etmişdi. Milli Məclisin deputatı Zeynəb Xanlarova isə  sözügedən tədbirdə "yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" deyə fikirlərini bildirmişdi. Bu isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdu.

Afaq xanımın həm bir sənətkar, həm də cəsarətli insan kimi ictiami arenada qəbul olunması sirr deyil. Təəssüf ki, eyni sözləri Zeynəb Xanlarova haqqında demək mükünsüzdür. "Lal deputalar" sırasında yer alan Zeynəb xanımın deputat kimi varlığını heç seçiciləri də hiss etməyib. Xanım Xanlarova həm də dövlət müstəqilliyimizin əleyhinə səs verənlərdən biri kimi yaddaşlarda qalıb.

Belə olan halda Afaq Bəşirqızının Zeynəb Xanlarovanı Milli Məclisdə əvəz etməsi ilə bağlı çağırış yumşaq desək siyasi səbatsızlıqdır. Afaq Bəşirqızı bugünə qədərki fəaliyyəti ilə deputat mandatını haqq edib və bu ali tribunada seçicilərinin etimadını doğrultmaqla, incəsənətimizin qayğılarına laqeyid olmayacağı şübhəsizdir.

İnformasiya şöbəsi     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam