Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“Paşinyan kimdir ki,“qızım sənə deyirəm, gəlinim sən eşit” çağırışını verə?”

“Paşinyan kimdir ki, “qızım sənə deyirəm, gəlinim sən eşit” çağırışını verə?”

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə baş tutan iclasında Qarabağ münaqişəsi ilə bağlı KTMT üzvü olan ölkələrə müraciət edərək Azərbaycanın yeni silahlar almaqla bağlı çağırışlarını cavabsız qoymağa çağırıb.

Yenixeber.org: “Mümkün gərginliyin qarşısını almaq üçün KTMT-a üzv ölkələrdən Azərbaycanın yeni silahlar almaqla bağlı çağırışlarını cavabsız qoyun”, - deyə baş nazir Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusa müraciət edib.

Bir müddət əvvəl mətbuatda yazılanlara görə, Azərbaycan xüsusilə silah istehsalı ilə məşğul olan Rusiya, İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna, Çexiya, CAR və digər öncül ölkələrdən silahlar alarır. Yəni bu sırada Qazaxıstan, Qırğızıstan və Tacikistan elə də rol oynamır. Paşinyanın da bu barədə müraciət edəcəyi əsas ölkə Rusiyadır. Bəs görəsən, Paşinyanın bu çıxışda məqsədi nədir və nələri planlaşdırır?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyanın belə çağırış etməsinin səbəbi yalnız özünü xalqın etirazlarından sığortalamaqdır:

“Paşinyan o çıxışı ilə özünü sığortalamağa çalışır. Onun özünə də aydındır ki, bu çağırışına heç kim fikir verməyəcək. Rusiya da öz maraqlarını Belarusa diqtə edirsə, onlar Azərbayacana yenə silah satacaqlar. Rusiya kiçik və zəif Ermənistanla hesablaşan deyil. Sadəcə, Paşinyan özünü sığortalayır. Çünki cəmiyyətində etiraz var ki, necə olur, Ermənistanın müttəfiqi Azərbaycana silah satır? Ona görə də, “xala xətirin xoş olsun” deyə, belə çıxış edib. Koçaryan da bu məsələni tez-tez gündəmə gətirir. Lakin bu tələb deyil, tələb etmirlər. Ermənistanın belə bir tələb etməyə nə ixtiyarı var ki? Sadəcə, istəklərini bildirirlər ki, Azərbaycana silah satmayın, bu silahlar Ermənistana qarşı istifadə edilir. Amma illərdir bu çıxışı etmələrinə baxmayaraq, biz Rusiyadan ən azı 5 milyard dollar civarında silah texnika almışıq. Belarusdan bizə lazım olan raketləri almışıq. Düşünürəm ki, bu proses gələcək illərdə də davam edəcək”. 

O, baş nazirin bu çıxışı ilə Rusiyanın silah satışında hansısa dəyişiklik etməyəcəyini və Paşinyanın çıxışının Rusiya ilə aradakı soyuq münasibətlərdən dolayı olmadığını qeyd edib:

“Paşinyanın bu çıxışı ilə Rusiyanın Azərbaycana silah satışında heç bir dəyişiklik olmayacaq. Əgər biz Rusiyadan silah istəyəcəyiksə, Rusiya da buna razı olacaqsa, o nə Ermənistanın, nə də Paşinyanın xahişlərini nəzərə almayacaq. Paşinyan kimdir ki, “qızım sənə deyirəm, gəlinim sən eşit” çağırışını verə? Paşinyan zəif, kasıb bir ölkənin naziridir. Amerikanın prezidenti deyil ki, durub kiməsə xəbərdarlıq etsin. O güc nə onda, nə də ölkəsində var. Paşinyan ancaq istəyini dilə gətirə, məsləhət verə bilər. Bunu dövlətlər nəzərə ala da bilərlər, almaya da. 

Ona qalsa, Rusiya Ermənistanda kifayət qədər müasir raket və silahlar yetişdirib. Ermənistan tamamən Rusiyadan asılıdır. Rusiya Azərbaycana silah satır və pul qazanır. Bu onun üçün vacib bir məqamdır. Amma bəzən elə olur ki, heç biz özümüz də Rusiyadan bəzi silahları almırıq, başqa ölkələrdən alırıq. Tutaq ki, Rusiya bizə lazım olan silahları satmadı, biz başqa ölkələrdən həmin silahları ala bilməyəcəyik? Elə Rusiya da bu məntiqi Ermənistana başa salmaq istəyir ki, biz satmasaq, Azərbaycan həmin silahları başqa ölkələrdən alacaq”.

Politoloq Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da dəfələrlə bu cür çıxışlar etməsini vurğulayaraq söyləyib ki, burada Paşinyanın hər hansı qorxusundan söhbət gedə bilməz:

“Paşinyan qorxuya düşməyib. O bu məsələni hər dəfə qaldırır. Əvvəlki rəhbərləri də belə edirdi. Koçaryan da bu yaxınlarda belə açıqlama vermişdi. Guya, məsələyə məntiqlə yanaşırlar da. Deyirlər ki, əgər Ermənistan bu komitəyə üzvdürsə, Tacikistan, Qırğızıstan, Rusiya, Belarus da bizim müttəfiqdirsə, onda necə olur ki, bizim müttəfiqlər Azərbaycana silah satır? Amma anlamırlar ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və onun müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bu baxımdan, Ermənistanın o ölkələrlə müttəfiqliyi nisbi xarakter daşıyır. Bu gün Paşinyan yox, bir başqa erməni rəhbər seçilsə, o da eyni məsələni qaldıracaq. Çünki onun xalqı ondan tələb edir. Daha anlamırlar ki, azad ticarət var. Belarus qazanc əldə etmək istəyir, Azərbaycana silah satır və yaxud Rusiyanın elə özü. Rusiyaya, Belarusa necə təzyiq etmək olar ki, Azərbaycana silah satma?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam