Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Tramp qondarma “erməni soyqırımı”nı savaş adlandırmağı təklif etdi” –Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Prezident Donald Trampla qondarma “erməni soyqırımı” məsələsini də müzakirə edəcəyini deyib.

Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

“Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir. ABŞ-a səfərim zamanı da bu məsələyə toxunacağam. Hətta Tramp özü bir dəfə dedi ki, bəlkə buna soyqırımı deyil, savaş desək, necə olar? Mən də cavab verdim ki, bizim qarşımızda hər hansı bir dövlət olmayıb, belə məsələ müzakirə mövzusu deyil. Onu da bildirdim ki, bu, məcburi bir köç məsələsi olub və burada da bəzi sıxıntılar yaşanıb”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Xatırladaq ki, Ərdoğan 13 noyabrda ABŞ-a səfər edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam