Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“NAMİZƏDİM ARİF HACILIDIR!…” –İsa Qəmbər başqanlıq yarışında tərəf tutdu

 


musavat

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın oktyabrın 12-də keçirilməsi planlaşdırılan qurultayında başqan seçkisinə dair mövqeyini açıqlayıb.

Yenixeber.org: İ.Qəmbər bu yarışda hazırkı başqan Arif Hacılının namizədliyini dəstəklədiyini bəyan edib.

Sabiq başqan “Facebook” səhifəsindən paylaşdığı “Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!” adlı bəyanat-yazıda bildirir: “2014-cü ilin sentyabrında – Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı mən öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam dəstəklədiyim aday asanlıqla qalib gələ bilər. Və nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim.İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə – 9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir. Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm.

Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır. Bu mövqeyimin səbəbləri çoxdur”.

İ.Qəmbər mövqeyini əsaslandırmaq üçün bir neçə səbəb göstərir və Arif Hacılını “böyük dövlət adamı” adlandırır və qurultay üzvlərinə “Arif bəyə səs verin!” deyə çağırış edir.

Xatırladaq ki, Müsavat Partiyasının 8-ci qurultayında başqanlıq uğrunda yarış Arif Hacılı və iqtisadçı Qubad İbadoğlu arasında getmişdi. Həmin vaxt İ.Qəmbər indiki kimi açıq şəkildə olmasa da, yenə Arif Hacılını dəstəkləyirdi. Cüzi fərqlə A.Hacılının qalib gəlməsindən sonra partiya faktiki olaraq iki hissəyə parçalandı, Q.İbadoğlu tərəfdarları ilə birlikdə Müsavatı tərk etdi.

İndi isə Arif Hacılının rəqibləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır. İsa Qəmbərin belə açıq mövqe tutmasına onların hansı reaksiyanı verəcəkləri maraq doğurur.(azpolitika)

V.Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam