Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Müsavatda yeni seçki

 

gulaga 1

      "Xeberinfo.com": Sentyabrın 30-da Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 11-də Müsavat Məclisinin sessiyasının çağırılmasına sərəncam verib. Sessiyada Mərkəzi Nəzarət Təftiş Komissiyasına və sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərə seçkilər keçirilməlidir.

     Oktyabrın 10-u saat 17-də Mərkəzi Nəzarət Təftiş Komissiyasına və sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərə namizədlərin irəli sürülməsi müddəti başa çatır. Ərizələr yazılı şəkildə Müsavat Partiyası Mərkəzi İcra Aparatının təşkilat şöbəsinə təqdim edilməlidir.

     Müsavatın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı “Media forum” saytına bildirib ki, sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərin sayı 38, Mərkəzi Nəzarət Təftiş Komissiyasında vakant yerlər isə 7-dir: “Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş qalmış bütün yerlərə seçkilər keçiriləcək. Sərbəst Məclis üzvlüyünə isə boş qalmış 38 yerdən 30-na seçkilərin keçirilməsi razılaşdırılıb. İndiyədək sərbəst Məclis üzvlüyünə 49, Mərkəzi Nəzarət Təftiş Komissiyasına 6 nəfər namizədliyini irəli sürüb”.

    “Sabiq başqan İsa Qəmbər Məclis üzvlüyünə namizədliyini veribmi” sualını Gülağa Aslanlı belə cavablandırıb: “Müsavat Partiyasının 27 sentyabr qurultayında nizamnaməyə edilmiş əlavəyə görə, sabiq başqanlar avtomatik Məclis üzvü sayılır”.

     Müsavatın 27 sentyabr qurultayında başqanlığa namizəd olmuş Qubad İbadoğlu Məclisə seçkilərin oktyabrın 18-nə təxirə salınmasını təklif edib. Bu təklif barədə sualı cavablandıran Gülağa Aslanlı “Media forum” saytına deyib ki, seçkilərin vaxtı dəyişdirilməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam