Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Avropa Şurası: Erməni separatçılarının "ombudsmanı" ilə ...

Dağlıq Qarabağdakı separatçı rejimin "ombudsmanı"nın Avropa Şurasının rəsmiləri ilə heç biri görüşü olmayıb.

Yenixeber.org: Bu barədə Avropa Şurasının Mətbuat xidmətindən bildirilib. 

Eyni zamanda xəbərdə separatçı rejimin "ombudsman"ının Strasburqa səfəri ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar da təkzib edilib: "Təşkilatın katibliyində olan məlumata əsasən, sözügedən şəxsin Avropa Şurasının rəsmiləri ilə heç biri görüşü olmayıb. O, Avropa Şurasına “işçi səfər” etməyib və həmin şəxs qurumda hər hansı rəsmi statusla olmayıb. Avropa Şurası bütün üzv dövlətlərin, o cümlədən Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində tam şəkildə hörmət edir və onlara sadiq qalır”. 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Stefan Şennak da "Report"un Fransa bürosuna açıqlamasında özünü Dağlıq Qarabağdakı separatçı rejimin "ombudsmanı" kimi qələmə verən şəxslə görüş keçirməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatı təkzib edib: "Ermənistan mətbuatının mənimlə bağlı yaydığı bu xəbər düzgün deyil". 

O, sözügedən şəxslə heç bir rəsmi danışığının olmadığını bildirib: "Mənə "ombudsman" adlandırılan bir şəxsi təqdim etdilər, nəzakətli biri olaraq onun əlini sıxdım, söylədiklərini dinlədim, verdiyi kağızları götürdüm və bir neçə dəqiqədən sonra söhbət başa çatdı. Mən qısa dəhliz söhbətindən sui-istifadə edilməsinə etirazımı bildirirəm. Hətta buna heç söhbət də demək olmazdı. Çünki mən yalnız qulaq asırdım. Aldığım məlumatlar münaqişə zonasında yaşayan hər bir insana məxsus vəziyyətlə bağlı olub. Buna bənzər vəziyyət Tanzaniya, Abxaziya, Cənubi Osetiyada da mövcuddur. Mən ermənilərin səhv məlumatlar yaymasından çox məyusam və nəzakətimdən bu cür sui-istifadə edilməsindən təəsüflənirəm". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam