Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YA AĞ EV, YA DA KREML… –Suriyanın şimalındakı vəziyyət Türkiyəni iki tərəfdən biri ilə düşmən edəcək

Semih İdiz

“Əl-Monitor”, 19.09.2019

 

Yenixeber.org:   Türkiyə hələ də Suriyanın şimalında ağır döyüşlə qarşılaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın Vladimir Putin və Həsən Ruhani ilə sentyabrın 16-da Ankarada keçirilən görüşünə ümidlərə baxmayaraq, Fərat çayının qərbindəki vəziyyət qeyri-müəyyən və dəyişkən olaraq qalır.

Bununla birlikdə, “Astana prosesi” çərçivəsində həyata keçirilən görüşün İdlibdə irəliləyiş yaratdığına dair heç bir əlamət yoxdur.

2017-ci ildə başlanan Astana prosesi və 2018-ci ilin sentyabrında Soçidə Ərdoğanla Putin arasında imzalanan razılaşma rejimin İdlib əyalətində Rusiyayla birlikdə irəliləyişlərini dayandıra bilməyib.

Bölgədən gələn böyük qaçqın axını və “cihadçılar”ın Türkiyəyə daxil olma ehtimalı, Ankara və Moskvanın İdlibin gələcəyi ilə bağlı razılığa gələ bilməyəcəyi təqdirdə, Türkiyəni gözləyən təhdidlərdir.

Bir çox türk analitiki, o cümlədən hökumətə yaxın bəzi şəxslər Ankara danışıqlarından əvvəl münaqişənin bu mərhələsində belə bir tənzimləmənin təmin olunacağına şübhə ilə yanaşıblar.

Əksəriyyət hesab edir ki, Moskva və Şam mötədillər və “cihadçılar” arasında fərq qoymadan sünni müxalifləri əyalətdən tamamilə çıxarmağa hazırdır.

“İdlibdəki vəziyyəti Moskva ilə müzakirələr yolu ilə həll etmək çətindir”, – deyə Ankaradakı dövlət tərəfindən maliyyələşdirilən SETA Fondunun təmsilçisi Murat Yesiltaş iddia edib.

Yesiltas hökumətyönlü “Sabah” qəzetində yazıb: “Rusiya və rejim müxalifəti ərazisiz saxlamağı və Suriyadakı vətəndaş müharibəsinin hərbi mərhələsini qələbə ilə başa vurmağı hədəfləyir”.

Astana tərəfdaşları arasında İdlib mövzusunda ortaq anlaşmanın yoxluğu 3 liderin Ankaradakı ortaq mətbuat konfransı zamanı da aydın olub.

Xüsusilə Putinin açıqlamaları, əyalətdəki əməliyyatların dayandırılmasına dair Türkiyənin tələbindən asılı olmayaraq, Rusiyanın mövqeyinin dəyişməz qaldığını göstərib. Moskva bu əməliyyatların qanuni olduğunu və yalnız terrorçu qrupları hədəfə aldığını iddia edir. “Heyət Təhrir əl-Şam”dan (HTS) başlayaraq, bütün bu qruplar Soçi razılaşmasının bir hissəsi deyil.

Putin deyib: “Bu gün biz əsasən Suriyada terrorizmlə mübarizə məsələlərini müzakirə etdik. İdlibdəki vəziyyət narahatlıq mənbəyidir. Bu bölgə demək olar ki, tamamilə “əl-Qaidə” ilə əlaqəli qrupların nəzarəti altındadır. Bunun qarşısında səssiz qala bilmərik”.

Rusiya prezidentinin qeydini də Türkiyənin dolayı tənqid kimi yozmaq olar. Moskva Soçi razılaşmasına əsasən, Ankaranın HTS-i ram edə bilməməsindən dəfələrlə şikayət edib.

Ankara görüşündən bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İdlibdə və ABŞ-ın dəstəklədiyi Kürd Xalqının Müdafiə Qrupları (YPG) tərəfindən tutulan ölkənin şimal-şərqi istisna olmaqla, Suriyada müharibənin bitdiyini bəyan edib. Lavrov Rusiyanın “Trud” qəzetinə açıqlamasında deyib: “Gərginlik ocaqları yalnız Suriya hökuməti tərəfindən nəzarət edilməyən ərazilərdə qalır. Məsələn, İdlibdə və Fərat çayının şərq sahilində”.

Türkiyə Rusiya ilə 2018-ci il müqaviləsi çərçivəsində qurulan 12 hərbi müşahidə məntəqəsi ilə bölgədə hərbi dayaqını təmin edəcəyinə ümid bağlayıb. Ancaq rejim şimala doğru irəlilədikcə, onlardan biri hücum ərazisinə düşüb, odur ki, müşahidə postlarının gələcəyi qeyri-müəyyən qalır.

Avqust ayında Moskvaya səfəri zamanı Ərdoğan gələcəkdə rejimin bu cür hücumlarının qarşısını alacağına əmin idi. Bununla birlikdə, “əl-Məsdar əl-Ərəbi” sentyabrın 16-da Suriya ordusunun bir türk müşahidə postu yaxınlığında bir neçə yeri hədəf aldığını, İdlibin cənubuna yeni hücumlar etdiyini bildirib.

Türkiyə istənilən birbaşa hücumlara cavab verəcəyini söyləyib, lakin rejim Rusiyanın piyada və avia dəstəyi ilə şimala doğru irəliləməyə davam etdiyi üçün İdlibdəki hərbi mövqe getdikcə daha təhlükəli görünür.

Ruhaninin İdlibə dair mövqeyi də fərqlidir. Mətbuat konfransı zamanı o, vilayətin bəzi yerlərində güclü terrorçu qrupların olduğunu vurğulayıb. “Biz terrorçularla mübarizə aparmalı və Suriya rejiminə kömək etməliyik”.

Ruhani 1998-ci ildə Ankara və Dəməşq arasında imzalanan sərhəd təhlükəsizliyinə dair Adana razılaşmasının Türkiyənin sərhədlərini qorumasına kömək edə biləcəyini əlavə edib. Putinin bir neçə ay əvvəl ilk olaraq ortaya atdığı bu fikir Ankaranın Dəməşqlə əlaqələrin normallaşmasını tələb edir. Ərdoğan Bəşər Əsədi regional düşmən olaraq görür və Suriya rejimi ilə əlaqə qurmağa çağırışlara baxmayaraq, bu fikrə qarşı çıxır.

Həsən Ruhani rəsmi Dəməşq tərəfindən dəvət olunmayan ölkələrin Suriyanı tərk etmələrini tələb edib.

Türkiyə heç bir nəticə vermədən Vaşinqtonun YPG ilə əlaqələrini kəsməsini və qrupu tərksilah etməsini tələb edib. Ankara YPG-nin Türkiyənin təhlükəsizliyini təhdid edən kürd terror təşkilatı olduğunu söyləyir.

Vaşinqton Türkiyənin sərhədini hücumlardan qorumaq hüququnu tanıyır və Ankaranın Suriyanın şimal-şərqində təhlükəsiz bölgə təklifinə razılıq verib. Şeytan təfərrüatlarda gizlənib. Vaşinqtonda Ankaranın 30 kilometr dərinlikdəki təhlükəsiz bölgənin yalnız Türkiyə tərəfindən nəzarət altına alınması tələbi ilə bağlı razılığına hələ bir işarə yoxdur.

Keçən həftə Türkiyənin hökumətyönlü mətbuatı sentyabrın 8-dən perspektivli bölgələrdə Türkiyə-ABŞ ortaq patrullarına başladığını xəbər verib. Ancaq Ərdoğan ehtiyatlı qalır. Çoxları bu patrulları palliativ olaraq görür. Patrulların başlanmasından bir neçə saat sonra danışan Ərdoğan Türkiyənin istədiyi və Amerika tərəfinin düşündüyü şeyin eyni olmadığını söyləyib. “Görünən budur ki, müttəfiqimiz bizim üçün deyil, terror təşkilatı üçün təhlükəsiz bölgə axtarır. Biz belə bir anlayışı rədd edirik”.

Ankarada Putin və Ruhani ilə keçirdiyi mətbuat konfransında Ərdoğan Vaşinqtonun tələbləri yerinə yetirməkdən imtina edəcəyi təqdirdə, ehtiyac duyduğu təhlükəsiz bölgə üçün Türkiyənin iki həftə içində hərbi əməliyyata başlayacağını söyləyib. “Mən iki dostumuza [Putin və Ruhaniyə] dedim ki, ABŞ-la razılaşa bilməyəcəyimiz təqdirdə, 2 həftə ərzində öz fəaliyyət planlarımızı işə salacağıq”.

Ərdoğan hazırda Türkiyədəki 3,6 milyon Suriyalı qaçqının ən azı 2 milyonunun bu zonada yerləşəcəyini söyləyib və bununla da Türkiyənin artan suriyalı qaçqın problemini həll etmək üçün təcili ehtiyacını ortaya qoyub.

Tayyip Ərdoğan bu ayın sonunda BMT Baş Assambleyasında prezident Donald Trampla görüşməyi planlaşdırır və açıq şəkildə ümid edir ki, onlar arasındakı şəxsi münasibətlər yenidən onun xeyrinə işləyəcək.

Keçən həftə “Reuters”-ə danışan Ərdoğan Trampla telefonla Türkiyənin ABŞ-dan “Patriot” raketləri alması ehtimalını müzakirə etdiyini söyləyib. Türkiyənin Rusiyada hazırlanmış “S-400” hava hücumundan müdafiə sistemlərini almasına görə Ankaraya sanksiya tətbiqi ilə hədələnir.

Tramp isə Ərdoğanın mövqeyi üçün anlayış nümayiş etdirib. O iddia edir ki, Obama administrasiyası Ankaraya “Patriot” raketlərini Türkiyəyə satmaqdan imtina etdiyi üçün başqa bir seçimi qalmayıb. Tramp, həmçinin “S-400” alışına görə “Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu” ilə Türkiyənin “F-35” proqramından qovulmasından təəssüfləndiyini bildirib.

Bir Qərb diplomatının sözlərinə görə, Ərdoğan Trampı Türkiyənin Suriyadakı tələbləri ilə bağlı əlverişli mövqe tutmağa məcbur etməyə çalışır. Adının açıqlanmasını istəməyən diplomat deyib: “Trampı “Patriot” məsələsindən istifadə edən Ərdoğanı indi onu YPG ilə döyüşmək üçün Suriyanın şimalına girəcəyi təqdirdə istifadə etmək istəyir”.

Suriyanın şimalındakı vəziyyət bu və ya digər şəkildə Türkiyənin Rusiya və ABŞ ilə əlaqələrinə problem yaradacaq.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam