Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin:“Rusiya G8-in bərpasının əleyhinə deyil”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Böyük səkkizlik” (G8) formatına qayıtmasına münasibət bildirib

 

Yenixeber.org:   Vladivostok şəhərində keçirilən V Şərq İqtisadi Forumunda çıxış edən V. Putin bildirib ki, Rusiya “Böyük səkkizliy”in (G8) bərpasının əleyhinə deyil.

V. Putin vaxtilə G8 ölkələrinin növbəti görüşünün Rusiyada keçirilməli olduğunu xatırladıb.

“Əgər bizim tərəfdaşlarımız Rusiyaya təşrif buyurmaq istəsələr, biz bundan şad olarıq. Əgər onlar “Böyük səkkizliyi” bərpa etmək istəyirsə, buyursunlar. Biz hər hansı əməkdaşlıq formatından imtina etmirik”, - V. Putin vurğulayıb.

Qeyd edək ki, G8 ölkələrinin sammiti 2014-cü ilin iyun ayında Soçidə keçirilməli idi. Ukraynada baş verən hadisələrdən “Böyük yeddiliyin” liderləri bu görüşü təxirə salıblar. Bu ilin avqust ayının sonunda Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderlərinin Fransada görüşü keçirilib. Həmin sammitdə Rusiyanın bu formata qayıdışı məsələsinə toxunulub.

(pia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam