Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Millət vəkilindən Nizami Gəncəvinin heykəlinin yandırılmasına etiraz

 

Deputat bu hadisədən çox üzüldüyünü və narahat olduğunu dilə gətirib. 
"Xeberinfo.com":  “Bunu törədən sadəcə cahil, vandal və insanlıqdan nəsibini almayanlar ola bilər. Yüz illərə meydan oxuyaraq bu gün də milyonlarla insanın könlündə taxt quran, adını tarixə qızıl hərflərlə yazan, Allah dostu və bütün dünyada dünya tarixinin ən böyük şəxsiyyətlərindən biri kimi qəbul olunan böyük ustad, Şeyx Nizami Gəncəvi bu cür cahillərdən,onların dünya və insanlıq üçün zərərlərindən çox yazmışdı. Bundan öncələr də Nizaminin ruhuna böyük sayğısızlıq göstərilərək bir dəfə bu cür cahil təfəkkürlü bəzi "insan"ların Nizami Gəncəvinin heykəlini qırmızı rəngə boyaması xəbərini isə böyük hiddətlə oxudum. Ümid edirik ki, Dərbəndin hüquq-mühafizə orqanları bunu törədən vandalları taparaq cəzalandıracaq. Biz də bir azərbaycanlı olaraq Dərbəndin rəhbərliyini qardaş Dərbəndlə, Dağıstanla münasibətlərimizə ancaq özünün mənfi təsirini göstərə biləcək bu kimi halların qarşısının alınması və günahkarların tapılıb cəzalandırılasına çağırırıq. Çünki bu təkcə azərbaycanlıları deyil, əslində hər bir normal insanı dinindən və miliyyətindən asılı olmayaq hiddətləndirməlidir və bu kimi vandalizm aktları qınanmalıdırlar. Bəlkə də bunu törədənlər Dərbənddə azərbaycanlılarla bəzi dost, qardaş xalqılar arasında gərginlik yaratmaq, alovlandırmaq istəyirlər. Bilmirəm, amma bu kimi hallara və bu niyyətdə olmaq istəyənlərə qarşı hamımız birgə mübarizə aparmalıyıq”. 
Deputat dünyada xoşgörü, sevgi bir tərəfə artıq tolerantlığın, dözümlülük, anlayışın da getdikcə azaldığını və vəziyyətin getdikcə daha da ağırlaşdığını bildirib. Onun sözlərinə görə, dünyada artan aqressiya, bu cür vandallıq hərəkətləri dünyanın gələcəyi üçün ancaq daha da artan gərginliklərdən başqa bir şey vəd etmir, o səbəbdən hər kəs dini inancından, etnik qrupundan asılı olmayaraq harada baş verməsindən asılı olmayaraq bu kimi məsələlərdə daha həssas olmalıdır. 
“Nizami isə ölməz "Xəmsə" si ilə pis əməllərlə məşğul olanlara bu gün səslənir və deyir. 
Bəlli bir şeydir ki, pislik edənlər 
Öz işindən özü çəkəcək zərər. 
Eşitməmisənmi bu məşhur sözü: 
“Quyu qazan adam düşəcək özü” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam