Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni ekspert:“Azərbaycan müharibəyə hazırlaşır və Naxçıvandakı mövqelərini möhkəmlədir”

“Ermənistandakı “məxməri inqilab”dan sonra Azərbaycan silahlı qüvvələri hücuma keçərək əvvəllər neytral zonada yerləşən mövqeləri əl keçiriblər”.

Yenixeber.org:  Erməni hərbi eksperti Vahan Ambarsumyan yerli mətbuata verdiyi müsahibədə bu cümləni işlədib.

Onun sözlərinə görə, artıq bir sıra yaşayış məntəqələri və kommunikasiyalar Azərbaycan ordusunun atəş nəzarəti altındadır.
“Bu isə ön mövqelərdə vəziyyət gərginləşdiyi zaman Emərnistan tərəfdən əlavə silah təchizatı və ərzaq göndərilməsini çətinləşdirəcək”,-deyə V. Ambarsumyan qeyd edib.

Ambarsumyan Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdikləri birgə hərbi təlimlərin onlar üçün əlavə gərginlik yaratdığını bildirərək qarşı tərəfin ərazidəki mövqelərini möhkəmləndirməsinə diqqət çəkib.

“Azərbaycan köhnə atəş məntəqələrini təmir edir və uzunmüddətli yeni infrastrukturlar quraraq orada öz ağır silahlarını yerləşidirir. Bütün bunlar ön xətdə müvəqqəti sakitliyə gətirib çıxarıb. Lakin bu gec partlayan bombanı daha çox xatırladır. Çünki azərbaycanlılar mövqelərini əlverişli vəziyyətə gətirmək və öz hərbi qulluqçularının həmin mövqləerdə uzun müddət qalması üçün irəli nöqtələri tutub”,-deyə erməni ekspert söyləyib.

Vahan Ambarsumyanın iddiasına görə, Azərbaycan qış vaxtı şaxta və mürəkkəb hava şəraiti ilə əlaqədar buraxdıqları həmin əraziləri çoxdan “özəlləşdiriblər”.

“Azərbaycan hələ də müharibəyə hazırlaşır və baş verən hər şey bunu göstərir”, - deyə V. Ambaarsumyan yekunda vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam