Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

«UKRAYNA İLƏ YAXINLAŞMA QAÇILMAZDIR» –Rusiya prezidenti

vladimir_putin_111217_4

 Rusiya KİV-nin verdiyi xəbərə görə, prezident Vladimir Putin əmindir ki, Ukrayna ilə Rusiyanın yaxınlaşması qaçılmazdır. Onun sözlərinə görə, həm də iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulması qaçılmazdır.

Yenixeber.org: «RİA-Novosti» agentliyinin xəbər verdiyi kimi, Rusiya-Ukrayna münasibətlərinin perspektivi barədə Putin amerikalı rejissor Olver Stounun «Ukrayna uğrunda mübarizədə» adlı yeni filmi üçün verdiyi müsahibədə söhbət açıb.

Filmi Taorminedəki (İtaliya) festivalda nümayiş etdiriblər. Putin həm də danışıb ki, son nəticədə Moskva və Kiyev «normal və dostluq münasibətləri» vəziyyətinə gələcəklər.

Putin ukraynalı siyasətçi Viktor Medvedçuku «sözünü tutan» adam hesab edir – o, Ukraynanın müstəqilliyini Rusiya ilə əməkdaşlıqda mümkün hesab edir. Rusiya liderinin fikrincə, Medvedçuk bu məsələdə haqlıdır, amma bir çox digər məsələlərdə «mövqelər uzaqlaşır».

Putinin sözlərinə görə, iki ölkə arasında münasibətləri rəsmi Kiyevin təbliğatı korlayır – Kiyev Rusiyanı Ukraynadakı faciəli hadisələrin günahkarı elan edir. Putin etiraf edib ki, bu gün münasibətlər «mürəkkəbdir» ki, bu da Ukraynadakı məlum dövlət çevilişinin nəticəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam