Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Putindən ilginc açıqlama:"Bu ölkəni NATO yıxdı"

 

Putindən Romada ilginc açıqlama: "Bu ölkəni NATO yıxdı"

“Liviya dövlətini yıxan NATO qərarı oldu. Nəticəni görürsünüz: xaos”.

 Yenixeber.org: Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

İtaliyada rəsmi səfərdə olan Rusiya lideri baş nazir Cuzeppe Konte ilə birgə mətbuat konfransında Liviyada baş verən hadisələrə münasibət bildirib:

“Liviyada bu gün olanları danışmazdan əvvəl bunun necə və haradan başladığını bilmək lazımdır. Ölkədə silahlı qruplar müharibə edir. Ən qısa zamanda atəşkəs elan olunmasını və sabitləşmə prosesinə keçid edilməsini istəyirik. Tərəflər dialoqa başlamalıdır”.

Daha sonra Putin Katolik kilsəsinin başçısı Papa Fransis ilə 55 dəqiqəlik görüş keçirib. Toplantıda Suriya, Venesuela və Ukrayna böhranları müzakirə olunub.

Sonda Papa Putinə “mənim üçün dua et” deyib. Putin isə qarşılığında “Mənə ayırdığınız zaman üçün təşəkkürlər. Qəribə və əhəmiyyətli görüş idi” bildirib.

Vladimir Putin İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ilə görüşdən sonra Romadan ayrılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam