Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Türkiyədən ABŞ-ı ŞOKA SALACAQ ADDIM -Vaşinqtonu dəliyə döndərəcək fakt ÜZƏ ÇIXDI

 

Türkiyədən ABŞ-ı ŞOKA SALACAQ ADDIM - Vaşinqtonu dəliyə döndərəcək fakt ÜZƏ ÇIXDI

Türkiyə Rusiyadan alınacaq S-400 zenit-raket kompleksləri üçün meydançanın tikintisinə başlayıb.

Yenixeber.org: Bu haqda peyk şəkilləri ilə tanış olmuş mənbəyə istinadən CNBC telekanalı bildirib.

Kanal qeyd edir ki, beləliklə Ankara bu silah sistemlərinin alınması haqqında ABŞ-ın xəbərdarlıqlarının əksinə hərəkət etməyə davam edir. Kanalın mənbəyinin sözlərinə görə, beton örtüyu və bunkerlərlə raket poliqonunun peyk şəkillərinin olduğu məruzə bir ay əvvəl hazırlanıb.

Qeyd edək ki, S-400 komplekslərinin çatdırılması haqqında Moskva və Ankara arasında razılaşma 2017-ci ildə imzalanıb. ABŞ müqavilə ilə bağlı narazılığını dəfələrlə ifadə edib və Türkiyəni sanksiyalarla, həmçinin F-35 beşinci nəsil Amerika qırıcılarının çatdırılmasının qadağan edilməsi ilə hədələyib.

ABŞ-ın təhdidlərinə cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara S-400-dən imtina etməyəcək və F-35-lərin əldə edilməsinə qadağa tətbiq olunacağı halda, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.

Güman edilir ki, S-400 sistemləri 2019-cu ildə Türkiyəyə daxil olacaq və 2020-ci ildə döyüş tətbiqinə hazır olacaq.

Məlumatlara görə, S-400 ABŞ istehsalı THAAD raket komplekslərinin hərəkət radiusu üzrə üstələyir.

Xatırladaq ki, avqustun 13-də ABŞ prezidenti 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) ölkənin müdafiə büdcəsini təsdiqləyib. Müdafiə büdcəsi layihəsinə F-35 beşinci nəsil qırıcılarının Türkiyəyə çatdırılmasının təxirə salınması da daxil edilib.

Büdcə layihəsinə görə, Türkiyənin F-35 proqramından tamamilə çıxarılıb-çıxarılmayacağı barədə yekun rəyin yer alacağı hesabat tamamlanana qədər qırıcıların çatdırılması təxirə salınacaq. ABŞ-ın Müdafiə Nazirliyi Dövlət Departamenti ilə məsləhətləşərək 90 gün ərzində Türkiyə və ABŞ əlaqələrinin hazırkı vəziyyətinə dair hesabat hazırlamalıdır. Hesabatda Türkiyənin F-35 proqramından çıxarılmasının iki ölkə arasındakı münasibətlərə və ABŞ sənayesinə təsiri qiymətləndiriləcək.

Türkiyəyə F-35-lərin çatdırılmasının təxirə salınmasına səbəb olaraq Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və amerikalı rahib Endyu Branson da olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə saxlanılması göstərilir.

Qeyd edək ki, F-16 vǝ F-18 kimi döyüş təyyarələrindən dörd qat daha təsirli olduğu bildirilǝn F-35-lǝrin həm havadan havaya, həm də havadan quruya hücum qabiliyyəti var. Radara yaxalanmama xüsusiyyətinə malik yeni nəsil təyyarələrin 1990-ci ildə dizaynı hazırlanıb, sonra isǝ ABŞ və İngiltərənin rəhbərlik etdiyi konsorsium tərəfindən istehsal edilib.

Türkiyənin 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları isə Kanada, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norvç, İngiltərə və Almaniyadır. İsrail, Yaponiya və Cənubi Koreya da konsorsiumun təyyarələrindən alacaq.(publika)

Ömər Dağlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam