Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycandan Türkiyəyə “S-400” dəstəyi: Rusiyadan öncə... -Təhlükəsizlik mənbələri

 

Azərbaycandan Türkiyəyə “S-400” dəstəyi: Rusiyadan öncə... -  Təhlükəsizlik mənbələri

Türkiyənin Rusiyadan alacağı “S-400” zenit-raket komplekslərinin öyrənilməsi üçün Rusiyaya göndəriləcək heyət ilk olaraq Azərbaycana gələcək.

Yenixeber.org: Türkiyə medası xəbər verir ki, bu haqda təhlükəsizlik mənbələrindən bildirilib.

Təlim-tədris proqramında iştirak edəcək təxminən 100 nəfərdən ibarət heyət Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “S-300 PMU2” zenit-raket sistemlərini araşdıracaq və yazın sonunda Rusiyaya gedəcək.

Qeyd edək ki, “S-400” komplekslərinin çatdırılma haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 “S-400” divizionu çatdırılacaq.

Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, “S-400”-lərin alınması qabaqcıl texnologiyaların və “F-35” qırıcıların Türkiyəyə satışının və Ankaranın “F-35” proqramında iştirakının dayandırmasına gətirib çıxara bilər.

Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta “Patriot” sistemlərin alınması halında belə, “S-400”-lərdən imtina etməyə hazırlaşmır, çünki, bu mövzular bir-biri ilə əlaqəli deyil.

Türkiyənin müdafiə naziri Hulisi Akar ötən həftə bildirib ki, Türkiyədə “S-400” zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq. Hərbi idarənin başçısı həmçinin qeyd edib ki, Ankara və Vaşinqton “Patriot” sistemlərinin mümkün çatdırılması haqqında danışıqları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam