Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Vaşinqtonun optimist Qarabağ bəyanatı Rusiyanı qıcıqlandıracaq – SƏFİRİN AÇIQLAMASINA ŞƏRH

Vaşinqtonun optimist Qarabağ bəyanatı Rusiyanı qıcıqlandıracaq – SƏFİRİN AÇIQLAMASINA ŞƏRH

"Bu, bir növ Vaşinqtonda münaqişə tərəfləri arasında baş tuta biləcək görüş üçün müsbət impuls yaratmağa hesablanmış addımdır”

 

Yenixeber.org:  Bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində müsbət siqnalların olması ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən politoloq Natiq Miri deyib.

Politoloqun fikrincə, həmin açıqlama digər tərəfdən həmsədrlərdən biri olan Rusiyanı qıcıqlandırmağa da hesablanıb: "Yəni həm tərəflərin Vaşinqton görüşünə müsbət impuls formalaşdırmağa çalışırlar, həm də sözügedən bəyanatla bu məsələdə həddən artıq maraqlı görünən və ABŞ-dakı görüşdən əndişələnən Rusiyanı qıcıqlandırmaq məqsədi güdürlər”.

N. Miri onu da qeyd edib ki, səfirin açıqlaması ABŞ-da gözlənilən görüşdə konkret hansısa siyasi nəticələrin əldə olunacağına da hər hansı bir işarə vermir:

"Bunun üçün ortada hansısa ciddi dəyişiklik yoxdur. Münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan arasında diametral olaraq həddən artıq ziddiyyət var. Hansı ki, bu ziddiyyət fonunda hər hansı bir yaxınlaşma hələlik mümkün olmayıb. Ciddi siyasi nəticənin olması üçün münaqişə müəyyən predmetlər üzrə müzakirə olunmalıdır. Ancaq Ermənistan hökumətinin başçısı Paşinyan hələlik buna hazır deyil. Paşinyanın növbəti dəfə zaman qazanmağa çalışır. Azərbaycan təbii ki, bunlara razı olmayacaq. Azərbaycan 26 ildən artıqdır ki, belə baş qatmaq prosesilə üz-üzədir. Belə olan təqdirdə bundan sonra Azərbaycanın zaman itirmə imkanları yoxdur. Ona görə düşünürəm ki, ABŞ-da deyilən görüş baş tutarsa, burada Rusiyada olduğu kimi hər hansı bir siyasi nəticənin əldə olunacağını gözləmək doğru deyil”.

Qeyd edək ki, bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi açıqlama verərək Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müsbət siqnalların olduğunu bildirib.

"Son aylar görünür ki, münaqişənin həlində irəliləyiş əldə etmək mümkündür. İki ölkə rəhbərlərinin görüşləri, cəbhədə gərginliyin azalması, dialoqun davam etdirilməsi ilə bağlı razılaşmalar. Bütün bunlar münaqişənin həlli ilə bağlı müsbət siqnallardır”- deyə səfir vurğulayıb. (Sfera.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam