Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nemət Pənahlı və bacısı oğlu saxlanıldı

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və bacısı oğlu Allahverdiyev Əbülfəz bu gün günorta saatlarında Nemət Pənahlını saxlayıblar. 

Xeberinfo.com:  Bu haqda Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib.

O qeyd edib ki, N.Pənahlı ilə yanaşı, fiziki qüsurlu olan bacısı oğlu da hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb: “Bütün bunların səbəbi odur ki, biz Əli Kərimli ilə qonşuyuq. 3 gündür biz evdə yata bilmirik, oğlanlar hər gün pəncərənin altında dayanıb küçə söyüşləri söyür, “şərəfsiz”, “erməni” deyib qışqırırlar.

 

Mənim evdə xəstə, sistemin altında olan övladım var. Bizdən üstdə Əli Kərimli yaşayır. Bu hansı qanundur, küçədə bir insan digərini təhqir etdiyinə görə neçə sutka iş verirlərsə, bunlara nədən göz yumurlar?”

H.Pənahlı qeyd edib ki, Nemət Pənahlı Nəsimi rayon polis bölməsinə aparılıb: “Nemət evə gəlirdi, evin qarşısına yığışanları görüb polisə müraciət edib. Bildirib ki, evimin qarşısında yığışıblar siz niyə dayanmısınız bəs? Elə bunu demişdi ki, Nemətin qolunu burub maşına saldılar. Buna etiraz edən bacısı oğlu, fiziki qüsurlu uşağı da ondan betər maşına basıb Nəsimi rayon polis bölməsinə apardılar”.

Qeyd edək ki, Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulmuşdu. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam