Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN İSTİSNALARI:SEPAH-la təmasda olan xarici hökumət təmsilçiləri də cəzalanacaqmı? - TƏHLİL

Lesli Rouqton, Ərşad Məhəmməd, Conatan Landay, Fil Stüart

“Reuters”, 21.04.2019

 

Üç hazırkı və üç sabiq ABŞ rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatların İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu qurum elan etməsindən sonra xarici dövlətlər, firmalar və QHT-lər üçün istisnalar qismən ləğv edilib. Odur ki, İİKK-nın qəyyumluq etdiyi bütün fərdi və hüququ şəxslər sanksiyalarla üz-üzə qalırlar.

Yenixeber.org: Dövlət katibi Mayk Pompeo tərəfindən təqdim olunmuş və Dövlət Departamentinin sözçüsü tərəfindən “Reuters”-in suallarına cavab olaraq verilmiş izahatlarda istisnalar İİKK ilə qarşılıqlı əlaqəsi olan İraq kimi ölkələrin rəsmilərinə şamil olunur. Onlara ABŞ-a giriş vizalarının verilməsi mütləq şəkildə rədd edilməyəcək.

İİKK – biznes imperiyasına, eləcə də elit silahlı və kəşfiyyat qüvvələrinə nəzarət edən güclü qurumdur.

ABŞ sanksiyalarının istisnaları İİKK-nin əsas iqtisadi qüvvə olduğu Şimali Suriya, İraq və Yəmən kimi bölgələrdə fəaliyyət göstərən humanitar qruplara, eləcə də İranda işləyən xarici idarəçilərə də şamil olunacaq. Onlar “xarici terror qrupu” ilə əlaqəyə görə ABŞ qanunları ilə təqib olunmayacaqlar.

Bununla belə, ABŞ hökuməti “xarici terror qrupuna maddi dəstəyi təmin edən” istənilən hökumət, şirkət və QHT-yə fərdi cəzalandırma hüququnu özündə saxlayır.

Bu addım ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı sərt mövqe tutmasına son dəlildir.

Pompeo aprelin 15-də İİKK-nı “xarici terror qrupu” olaraq təyin edib və bu, İİKK şirkətləri ilə əməkdaşlıq edən əcnəbilər, həm də İraq və Suriyadakı amerikalı diplomatlar və hərbi zabitlər üçün problem yaradıb.

İlk dəfə Birləşmiş Ştatlar rəsmi olaraq digər suveren hökumətin hərbi qurumunu terrorçu qrup kimi səciyyələndirib. ABŞ rəsmiləri arasında qarışıqlıq yaranıb, çünki onlar İİKK təmsilçiləri ilə əvvəllər müəyyən təmaslarda olublar.

Amerika səlahiyyətliləri uzun müddətdir ki, Suriya və ya İraq kimi yerlərdə ABŞ qüvvələrinin təhlükə altında olacağından qorxduqlarını bildirirlər. Onlar İİKK-nın müttəfiq qrupları ilə yaxın fəaliyyət göstərirlər.

ABŞ Dövlət Departamentinin Yaxın Şərq, Cənubi Asiya və Orta Asiya büroları Pompeoya məktub yazaraq, potensial təsirlə əlaqədar narahatlıqlarını ifadə ediblər.

Müdafiə Nazirliyi və təhlükəsizlik xidmətləri də məsələ ilə əlaqədar məlumatalandırılıb.

Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ-ın müttəfiq ölkələrinin İİKK ilə təması halında, “sadəcə İİKK rəsmiləri ilə söhbətlərdə iştirak terrorist fəaliyyət təşkil etmir. Digər ölkələrin rəsmi və qeyri-rəsmi qurumlarının İİKK ilə biznesini dayandırması son hədəfimizdir”.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamnəi İİKK rəhbərini dəyişdirib. Bu barədə İran dövlət televiziyası Bazar günü xəbər verib. General-mayor Məhəmməd Əli Cəfərinin əvəzinə general Hüseyn Səlami təyin olunub.

Pompeonun hazırladığı plan xarici hökumətlər, şirkətlər və QHT-lərin potensial fəaliyyətini məhdudlaşdırmaq üçün nəzərdə tutulub, həmin qruplar daxilində olan şəxslər İİKK-yə köməklik göstərdiyi halda, cəzalandırıla bilər.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Birinci qrup istisna nazirlik, şöbə, təşkilat, bölmə və ya hər hansı bir xarici hökumətin digər alt qrupuna şamildir. Onlar Üçüncü qrupa aid edilən terror təşkilatı kimi nəzərdən keçirilməyəcək.

Üçüncü səviyyəli – rəsmi olaraq terrorçu qrup kimi səciyyələndirilməyən və ya digər qanunlara əsasən, terrorçu qrup olaraq təyin edilməmiş, lakin ABŞ hökumətinin rəyincə, “terrorist fəaliyyət”lə məşğul olduğu hesab edilənlərdir və buna görə də, onların üzvləri Birləşmiş Ştatlar ərazisinə daxil ola bilməzlər.

Konqresin təmsilçisi və Dövlət Departamentinin iki sabiq hüquqşünası deyib ki, bu istisna İran hökumətinin qalan hissəsi və İİKK ilə əlaqəsi ola biləcək İraq və Oman kimi tərəfdaş hökumətlərdən olan məmurların təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub.

“İkinci qrup, ümumiyyətlə, xarici terror təşkilatı olaraq təyin edilmiş, xarici hökumətin hər hansı bir alt quruluşuna maddi dəstək verən qeyri-hökumət təşkilatları və ya qruplardır“, –Dövlət Departamanetinin sözçüsü izah edib.

Konqres təmsilçisinin izahına görə, Tramp administrasiyası İran İİKK-sının təzyiqlərə məruz qaldığını, amma ABŞ müttəfiqlərinin diplomatiyasını pozmağa səy göstərmədiyini anlatmaq istəyir.

Anonimlik şərti ilə danışarkən, o deyib ki, “administrasiya siyasətdə dəyişiklik axtarmır. O, mütləq şəkildə kimsəni cəzalandırmaq deyil, insanları qorxutmaq istəyir”.

Bununla yanaşı, Dövlət Departamenti istisnalı şəxsləri belə, istənilən halda, təqib edə biləcəyini açıqlayıb.

“İstisnalar maddi dəstəyi təmin edən, sanksiyadan azad edilən qrupun üzvlərinə şamil olunmur”.

Dövlət Departamentinin sabiq hüquqşünası Peter Harrell deyib: “Dövlət Departamenti ən pis nəticələri məhdudlaşdırmağa çalışır”.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam