Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Saxta şirkətlər, 1 milyard dollarlıq köçürmələr…–ABŞ İranla işləyən qurumlara və şəxslərə sanksiya qoydu

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Amerikanın Tehrana qarşı sanksiyalarından yan keçərək İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) və Müdafiə Nazirliyinə 1 milyard dollardan çox vəsait köçürmüş genişmiqyaslı qondarma şirkətlər şəbəkəsi aşkar olunub.

Yenixeber.org: Martın 26-da yaydığı bəyanatda nazirlik bu şəbəkəyə bağlı – İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədə yerləşən qondarma şirkətlər də daxil 25 fərdə və vahidə qarşı sanksiyalar irəli sürüldüyünü bildirir.

Bəyanatda qeyd olunur ki, bu aşkarlanma İran rejiminin sanksiyalardan yayınmaq üçün yaratdığı şəbəkənin genişliyini nümayiş etdirir. Bu da əlavə edilir ki, ABŞ sanksiyaları Tehran üzərinə təzyiqi artıraraq “rejimin gəlir mənbələrini sərt şəkildə məhdudlaşdırır”.

ABŞ bildirir ki, İrana bağlı bu şəbəkəyə İİKK-in nəzarətində olan Ansar Bank və bu bankın nəzarətində olan firmalarla birlikdə banklar və başqa maliyyə təsisatları daxildir. Bu firmaların siyahısında “Ansar Exchange”, “Atlas Company”, “Atlas Exchange”, “Ansar Bank Brokerage Company” və “Ansar Information Technology” şirkətləri var.

Sanksiya siyahısına daxil edilmiş daha bir qurum “Zagros Pardis Kish” şirkətidir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə bu şirkət Birləşmiş Ərəb Əmirliklərindən yüzlərlə avtomobilin İran Müdafiə Nazirliyinə çatdırılmasında iştirak edib. Bəyanata görə BƏƏ-də mənzillənmiş çoxsaylı balıqqulağı şirkətləri bu maşınların alınması və göndərilməsini həyata keçirib.

ABŞ-ın yeni sanskiyaları həm də ayətüllah İbrahimiyə tətbiq ediləcək. ABŞ Maliyyə Nazirliyi bildirir ki, İbrahimi hələ 14 yaşından İİKK-ə cəlb edilib və 2005-ci ildən bəri “Ansar Bank”ın direktoru olub. Sanksiya siyahısına “Ansar Exchange” firmasının direktoru Alirez Atabaki də daxil edilib.

Sanksiya hesabatında deyilir ki, Atabaki İİKK-in xarici əməliyyatlar qolu – Qüds Qüvvələri ilə işləyib və lap elə bu yaxınlarda, 2019-cu ilin əvvəllərində IRGC-QF adlı qondarma şirkət vasitəsilə maliyyə tranşlarını koordinasiya edib.

Maliyyə naziri Steven Mnuçin deyib ki, İİKK və İran Müdafiə Nazirliyi sanksiyalardan yan keçmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından istifadəni davam etdirir. ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker deyib ki, İİKK-nin nəzarətində olan “Ansar Bank” və onun valyuta mübadiləsi qolu “Ansar Exchange” beynəlxalq araçılar vasitəsilə dəyərdən düşmüş rialı dollara dəyişir.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam