Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TRAMPDAN İRAN ƏLEYHİNƏ DAHA BİR SƏRT ADDIM:İİKK-nin terror təşkilatı elan ediməsi gərginliyi zirvəyə çıxaracaq

“ƏlMonitor, 08.04.2019

 

Bu gün dövlət katibi Mayk Pompeo ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) xarici terror təşkilatı kimi təyin edəcəyini açıqlayıb. “Wall Street Journal” hələ aprelin 5-də məlumat vermişdi ki, bu həftə prezident Donald Tramp milli silahlı qüvvə qarşı görünməmiş bir hərəkət olaraq İİKK-ni xarici terror təşkilat elan edəcək.

Yenixeber.org: İran rəsmiləri, gözlənildiyi kimi, ABŞ-ın bu addımını qınayıblar. İlk cavablardan biri İİKK komandanı Məhəmməd Əli Cəfəridən gəlib.

Cəfərinin sözlərinə görə, “bu cür səfeh addım atıldığı halda, ABŞ-ın Qərb Asiyadakı ordu və təhlükəsizlik qüvvələri rahatlığını itiricək”. Cəfəri bildirib ki, “İran hökumətinin siyasətinə uyğun olaraq milli təhlükəsizliyimizə təhqiramiz və təhlükəli hərəkətlər olduqda, eyni cür tədbirlər görüləcək”.

Yeni təyin olunmuş məhkəmə hakimiyyəti başçısı və İslam Respublikasında yüksələn siyasi ulduz olan İbrahim Rəisi də ABŞ-ın qərarını qınayıb və Birləşmiş Ştatları terrorizmi dəstəkləməkdə günahlandırıb. “Terroristləri silahlandıran və idarə edən ölkə başqa bir ölkənin silahlı qüvvələrini terrorist elan edir”, – Rəisi bildirib. Onun sözlərinə görə, belə bir hərəkət heç bir siyasi və ya hüquqi qüvvəyə malik deyil.

O, Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurasından bənzər tədbirlərlə cavab verilməsini xahiş edib.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampı İİKK-ni terror təşkilatı kimi təyin etməyə təhrik edənləri qınayıb. O, ittiham oxlarını ABŞ-İran qarşıdurmasını müdafiə edən İsrailə, baş nazir Netanyahuya atıb.

Zərifin sözlərinə görə, Birləşmiş Ştatların bu cür qərarlar qəbul etməyə yönəldənlər “bunun regiondakı ABŞ qüvvələri üçün nəticələrini tam başa düşmürlər. Əslində, onlar ABŞ-ı Netanyahu adlı bataqlığa sürüklənməyə çalışırlar”.

İran parlamentinin iki yüz əlli beş üzvü İİKK-yə dəstəklə bağlı bəyanatı imzalayıb.

“İİKK İran xalqının böyük nailiyyətlərindən biridir”, – deyə bəyanatda bildirilir.

Daha sonra 1980-ci illərin İran-İraq müharibəsində, müharibədən sonrakı yenidənqurma səylərində, Suriya və İraqda İİKK-nin rolu yüksək qiymətləndirilir. Bəyanatda Korpusun sözügedən ölkələrdə fəaliyyəti “terrorizmə qarşı mübarizədə regional hökumətlərə məsləhət yardımı” olaraq səciyyəlndirilir.

“İranın milli təhlükəsizliyi və silahlı qüvvələri millət vəkilləri üçün qırmızı xətdir”.

Əlavə olaraq bildirilir ki, əgər ABŞ İİKK-ni xarici terror təşkilatı olaraq təyin edərsə, İran parlamenti buna bənzər qanun qəbul edəcək və əks tərəf “öz yersiz və səfeh hərəkətlərinə təəssüflənəcək”.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Həşmətullah Fəlahətpişe Məclisin bənzər bir qanun layihəsi ilə cavab verəcəyini söyləyib. Digər İran rəsmiləri kimi, Fəlahətpişe ABŞ-ı terrorçuları dəstəkləməkdə günahlandırıb və Trampdan sitat gətirib: “Trampun etiraf etdiyi kimi, İŞİD-i amerikalılar yaradıb və gerçəklik budur ki, İİKK, ordu və hərbi qüvvələr İŞİD-i məğlub edib”.

Üstəlik, ABŞ-ın açıqlamasından dərhal sonra dərc edilən bəyanatında Ali Milli Təhlükəsizlik Şurası bu hərəkətin “qeyri-qanuni və təhlükəli” olduğunu qətiyyətlə pisləyərək, ABŞ-ı terrorizmə sponsorluq edən dövlət və ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) bağlı qüvvələri terror təşkilatı elan edəcəyini bildirib.

İİKK bundan əvvəl də terror tərəfdarı olaraq təyin edilib və yeni təyinatın nə demək olduğu hələ dəqiq deyil. İran parlamentinin təşəbbüsündəki qanun layihəsinin nə olacağı da. Ancaq İİKK iqtisadi aktivlərə malikdir və İranla işləmək istəyən hər hansı bir Avropa ölkəsi bu cür addımdan çəkinə bilər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam