Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

POZULMUŞ GİZLİ TEHRAN-VAŞİNQTON DANIŞIQLARI VƏ  TRAMPIN “İİKK QƏRARI”:İranın potensial təhlükəyə cavabı amansız olacaq – Təhlil

Stanislav Tarasov

regnum.ru, 10.04.2019

 

Yenixeber.org: Vaşinqton İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) “xarici terror təşkilatları siyahısı”na daxil edib. ABŞ prezidenti Donald Tramp bu haqda Ağ Evdə çıxışında bildirib. Onun sözlərinə görə, “İranın kürəsəl terror kampaniyasının həyata keçirilməsində öz maraqlarına çatmaqda alət kimi istifadə etdiyi İİKK terrorizmə dəstəyə və maliyyələşdirməyə fəal qatılır”.

Amma ABŞ Maliyyə Nazirliyi buna qədər də, Amerika administrasiyasının fikrincə, İİKK-in fəaliyyətinə bağlı olan fiziki və hüquqi şəxslərə nisbətdə sanksiyalar tətbiq edib. Niyə bu dəfə görünməmiş addım atılıb: axı Vaşinqton xarici dövlətin rəsmi qurumunu ilk dəfə “terrorçu təşkilatlar” siyahısına daxil edib? Qabaqlar Qərbin bir çox ekspertləri Tehrana qarşı son sanksiyaların bütün kompleksini İsraildə aprelin 9-a nəzərdə tutulmuş parlament seçkilərilə izah ediblər. Seçkilər keçirilib, durum sanki dəyişilməliydi, amma xeyr. Tramp İrana qarşı qəti hərəkətlər sərgisi təşkil edir. Fikrimizcə, bu, Vaşinqton və Tehran arasında yeni nüvə sazişi bağlamaq perspektivi haqda hansısa gizli danışıqların pozulmasıyla bağlıdır.

Almaniya Xarici Siyasət Cəmiyyətinin (DGAP) əməkdaşı Henninq Rikenin hesab etdiyi kimi, “İranın nüvə proqramı məsələsi özlüyündə amerikalılar üçün heç vaxt önəmli olmayıb, onların Tehrana qarşı iddiaları həmişə kompleks olub”.

Bu da qonşu ölkələrdə hərbiləşdirilmiş şiə qruplaşmalarına dəstəkdən imtina tələbi, İsrailin varolma  haqqını tanımaq, insan haqlarıyla bağlı problemlər, Səudiyyə Ərəbistanı ilə münaqişə, iranlıların Suriya və İraqdakı roludur. “Vaşinqtonun baxışınca, İranla saziş əvvəlcə ona görə imzalanıb ki, diqqət nüvə probleminə yönəlsin və İran hökumətiylə sonrakı danışıqlara müəyyən dərəcədə şərait yaransın, – Rike deyir. – Lakin buna yetişmək mümkün olmayıb, çünki ABŞ özü tələblər zərfini “sökməkdən” imtina edib”. Vaşinqton indi “Tehran rejimini sındırmaq və demokratiyanı bərpa etmək” niyyətini açıq elan edir.

ABŞ prezidentinin “İran xalqına öz azadlığını qaytarmağa yardım etməliyik” deyən milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və “ölümcül iddialarından əl çəkməyincə Tehrana maksimal basqı göstərməyin”gərəkliliyinə israr edən dövlət katibi Mayk Pompeo Trampı fəal dəstəkləyir.

Amma bu, sözdür, bəs əməldə nə etmək olar? Amerikanın “Washington Free Beacon” portalına görə, artıq ABŞ Milli Təhlükləsizlik Şurasında İrana qarşı Boltona sıx bağlı olan “Security Studies Group” (SSG) analitik mərkəzində işlənmiş fəaliyyət strategiyasına baxılıb. O, bəlkə də, ABŞ administrasiyasında Tehranla sıx məşğul olan yeganə məmurdur, İran dissidentlərilə görüşür.

Bu ssenarinin baş mənası belədir: “Bu ölkədə yeni rejim hakimiyyətə gələnə qədər orada daxili siyasi durumu qarışıqlıq salmaq qəsdilə İrana iqtisadi, hərbi (xarici) və siyasi təzyiq göstərmək”, (İİKK) kimi əsas dövlət  strukturlarına zərbə vurmaq. Ki bu da baş verir. Etnik və dini azlıqlar kartını oynamağa ümid edilir, qalan tədbirlər əlavə xarakter daşıyacaq ki, niyyətə görə, Tehranın əsas diqqəti bölgə problemlərindən daxili problemlərə keçməlidir. Amerikalıların özləri vuruşmağa hazırlaşmırlar, lakin “İran üçün iştirakın qaçılmaz olası” daha bir bölgəsəl savaş başlatmaqdan uzaq deyillər. Əlbəttə, Tehranda bütün bunları görür, özləri üçün gerçək və potensial təhlükələri dəyərləndirir və cavab verirlər. İran Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ silahlı güclərini özünün “terrorçu təşkilatlar” siyahısına daxil edib.

Ekspertlərin hamısı bununla razılaşır ki, Yaxın Şərqi növbəti gərginlik burumuna itələyirlər. O bu zaman Cənubi Qafqaz dövlətlərinə, özəlliklə Azərbaycana toxuna bilər. Amma heç kim kəfkir hansısa tərəfə daha çox yellənməmiş bütün bunların nəsə böyük bir şeyə dönüşəcəyini bu başdan söyləməyə girişmir. Hələlik sıradakı aydındır. Vaşinqton dünyada antiiran informasiya savaşını daha fəal yayacaq, İran əllərini yanına qoyub oturmayacaq. ABŞ-ın hərəkətlərinin siyasi baxımdan məntiqli olub-olmadığını müəyyən etmək çətindir, çünki, İranda “mühafizəkar” adlanan düşərgənin mövqeyini möhkəmləndirir və Avropanın dil tapdığı “liberallar”ın nüfuzunu sarsıdır. İran prezidenti Həsən Ruhani təsadüfən bildirməyib ki, “Vaşinqtonun qərarı İİKK-in populyarlığını yalnız yüksəldir”.

İsraildə hadisələrin gedişini müəyyən təşvişlə izləyirlər. Məsələn, İsrail xüsusi xidmətlərinə yaxın “Debka” saytı hesab edir ki, “İİKK Suriya və İraqda Amerikanın komanda mərkəzləri üzərində nəzarət qura bilər, bu da, bir yandan, Tehran və Vaşinqton, o biri yandan, İran və İsrail  arasında qarşıdurmanın başlanması təhdidi yaradır”.

İran elitaları deyirlər ki,  Tehran öz təhlükəsizliyinə istənilən təhdidə qarşı böyük güc və amansızlıqla reaksiya verəcək. Amma bu, gerçəklikdə harada və haçan baş verəcək? Tərəflər hələlik ancaq “siqnallar” mübadiləsi edirlər. Bir-birinə qarşı simmetrik reaksiya vermək istəyi meydana çıxarsa, bəs sonra nə olacaq?Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam