Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

ABŞ dövlət katibi Pompeo:"İNQİLAB KEŞİKÇİLƏRİ ARTIQ 600 AMERİKALI ƏSGƏRİ ÖLDÜRÜB"

Viktor Qarsia

Foxnews”, 09.04.2019

 

Dövlət katibi Mike Pompeo Bazar ertəsi günü “Fox News”-a bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu (İİKK) terror təşkilatıdır və onun zəifləmədiyi halda, Yaxın Şərqdə sülh və sabitlik mümkün deyil.

Yenixeber.org: Aprelin 9-da Birləşmiş Ştatlar İİKK-ni xarici terror təşkilatı olaraq təyin edib. Beləliklə, ilk dəfə ABŞ başqa bir dövlətin qurumunu terror təşkilatı olaraq səciyyləndirib və yalnız İranın ali liderinə tabe olan, böyük iqtisadi qaynaqlara malik həmin qurum “əl-Qaidə” və İŞİD-lə eyni siyahıya yerləşdirilib.

“İİKK terror təşkilatıdır, indi onu “qara siyahıya” saldıq, – Mayk Pompeo deyib. – Hər bir Amerika əsgərini dünyanın dörd bir yanında qorumaq üçün əlimizdən gələn hər şeyi edirik”.

“Faktiki olaraq, İİKK artıq 600-dən çox amerikalı əsgəri öldürüb, buna görə də, sülhə qovuşa bilməyəcəksiniz, sabitliyə sahib ola bilməyəcəksiniz, Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusunu zəiflətmədən təhlükəsizliyiniz olmayacaq”.

ABŞ-ın bəyanatı qarşılıqlı cavaba səbəb ola, qoşunlar və diplomatların bölgədə işləməsi çətinləşə bilər, amma Pompeo əks fikirdədir.

Mayk Pompeo bildirib ki, artan təzyiq amerikalıların həyatını xilas edəcək və daha çox sabitlik, daha çox sülh, Yaxın Şərqdə daha çox təhlükəsizlik yarada biləcək.

Dövlət katibi İİKK-nin “Qüds” Qüvvələrinin rəhbəri Qasim Süleymanini “terrorçu” adlandıraraq, onun və İİKK-nin, digər terror təşkilatları kimi, hədəfə alınacağını söyləyərək, sözlərini yumşaltmayb.

Pompeo bildirib: “Qasim Süleymaninin əlləri amerikalıların qanına batıb. Onun rəhbərlik etdiyi qüvvələrin də. Amerikalıların həyatına son qoyan bir fərd və ya qurum tapdığımız zaman, qətiyyətli oluruq, bunu daşıdığımız məsuliyyət tələb edir. Bu, həqiqətən, prezident Trampın vəzifəsidir”.

“Biz bu administrasiyanın ilk iki ilində istənilən amerikalının Qasim Süleymani və onun quldur qardaşları tərəfindən öldürülməsi riskini azaltmaq üçün böyük irəliləyiş əldə etdik”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam