Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Ərdoğanın seçkidən sonrakı PLANLARI: “İlk işimiz Suriya olacaq”

Rəcəb Tayib Ərdoğan: “Seçkilərdən sonra ilk iş Suriya məsələsinin həll etmək olacaq ”.

 

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, bunu ölkə başçısı prezidenti Rəcəb Tayib Ərdoğan  Bayrampaşa mitinqində öz seçicilərinə bildirib.

Ərdoğan PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat tədbiri nəticəsində qruplaşmanın başçılarının hazırda koma vəziyyətində olduğunu da sözlərinə əlavə edib.

“Seçkilərdən sonra ilk iş Suriya məsələsini həll etmək olacaq. Bu millətin çörəyinə göz dikənləri əsla bağişlamarıq. Silahlı terroru yox etməkdə nə qədər qərarlıysaq,  iqtisadi terroru da sonlandırmağa bir o qədər qərarlıyıq”.  

 

Prezident Türkiyənin iqtisadi durumuna və ABŞ-la münasibətlərinə də toxunaraq qeyd edib:

“İMF-yə borcumuz əvvələr 23,5 milyard dollar idi. Mövcud kreditləri ödədik və 2013-cü ilin may ayında əlaqələri tamamilə kəsdik. Artıq onlarla iş görmək niyyətində deyilik. ABŞ-dan dron almağı da sonlandırmışıq, çünki artıq özümüz istehsal edə bilirik.  Hər cür basqıya boyun əyəcəyimizi düşünürlər. Amma o əvvəlki Türkiyə idi. Bu millətə bir daha şəhid baş nazir Adnan Menderesin itkisi kimi bir acı yaşatmağa heç kimin gücü çatmaz”.

 

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də baş tutacaq. Seçkilərə Ərdoğanın başçılıq etdiyi AKP partiyası ilə Dövlət Bahçelinin sədri olduğu MHP partiyası alyans şəklində gedir.(modern)

 

Əzizə ZEYNAL


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam