Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rusiya Paşinyana “seçki sürprizi” hazırlayır –Şərh

 

Paşinyanın mövqeyindən asılı olmayaraq, Rusiya Ermənistanın KTMT-dən ayrılmasında maraqlı deyil.

Yenixeber.org: Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, bu, Ermənistanı açıq şəkildə başqa hərbi müttəfiq axtarışına vadar edər:

“Bu da Rusiya üçün əlverişli hesab edilmir. Çünki Rusiya hərbi cəhətdən Ermənistanda oturaqlaşıb. Paşinyan da bunları bilməmiş deyil və belə bir addımı atacağı halda onun nəıticələrinin necə olacağını yaxşı bilir. Hesab edirəm ki, KTMT–nin gələcək taleyinin necə olacağından asılı olaraq, Ermənistanın uzun müddətə, yəni digər dövlətlərin növbəli baş katib təyinatlarının sonuna qədər KTMT rəhbərliyində təmsilçiliyi olmayacaq”.

Ekspertin sözlərinə görə, bu məsələ seçkilərdə Paşinyanın durumuna təsir etməyəcək:

“Amma Rusiya seçki prosesinə inanılmış adamları vasitəsi ilə təsir göstərəcək. Rusiya bu prosesi Köçəryanın liderliyi ilə formalaşan müxalifətin timsalında xeyli müddətdir ki, etməyə çalışır. Nəticələrin necə olacağını indidən demək çətindir. Çünki Paşinyan aşağı və orta təbəqəni əhatə edən seçiçilərin arasında mövqeyini saxlaya bilib. Amma məğlubiyyətdən də sığortalanmayıb. Heç kimin əhəmiyyət vermədiyi və ya gözləmədiyi səbəblər situasiyanı dəyişə də bilər”.

Qeyd edək ki, rusiyalı politoloq Sergey Markov Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib. Onun ardınca isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan jurnalistlərə açıqlamasında bildirib ki, əgər atacağımız addım maraqlarımıza cavab versə, o zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam