Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyanla Əliyev görüşü öncədən hazırlanıb –Badalyan

 

Nikol Paşinyanla İlham Əliyevin Davosdakı görüşü əvvəlcədən planlaşdırılıb.

Yenixeber.org: Bunu “News.am” saytına açıqlamasında erməni polittexnoloq Armen Badalyan deyib.

“Belə görüşün Davosda keçirildiyini nəzərə alsaq, onu təsadüfi şəkildə texniki baxımdan keçirtmək mümkün deyil. Ona görə də aydındır ki, bu görüş əvvəlcədən planlaşdırılıb”, – deyə o bildirib.

Badalyan Davosda dövlət başçıları arasında təsadüfi görüşlərin olmadığını deyib:

“Ermənistan baş nazirinin görüşün əvvəlcədən planlaşdırıldığını deməməsi başqa məsələdir. Səbəblər müxtəlif ola bilər. Lakin başa düşmək lazımdır ki, əgər sən əvvəlcədən planlaşdırılmış görüş keçirirsənsə, o zaman danışıqlar prosesini reallaşdırırsan. Əgər görüş təsafüdirsə, bu, danışıqlar deyil, müzakirədir. Bunların arasında fərq böyükdür”.

Ekspert İrəvanın qondarma rejimin yerinə danışıqlar aparmayacağı məsələsinə də diqqət yetirib və Paşinyanın bunu gerçəkləşdirəcəyi halda Ermənistanın danışıqlar prosesindəki rolunun aydın olmadığını söyləyib:

“Azərbaycan dövlətinin başçısı ilə hansı danışıqlar aparılacaq? Danışıqlar üçün yeganə predment bu gün yalnız Qarabağ ola bilər. Buraya status, qaçqınlar və Madrid prinsiplərinə daxil olan hər şey aid edilə bilər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam