Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Rusiya XİN Azərbaycana hücumu davam etdirir

 

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) erməni millətindən olan vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsi ilə bağlı Azərbaycana hücumları davam etdirir. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanı, faktiki olaraq, Rusiyadan olan, Bakı aeroportunda saxlanılan ermənilərin hüquqlarının pozulmasında və sonradan deportasiya olunmasında ittiham etmişdi.

Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinə Azərbaycan aeroportlarında Rusiya vətəndaşlarına bəslənilən ayrı-seçkilik münasibətilə bağlı yaddaş qeydləri göndərmişdi.

 Bildirək ki, bu dəfə Azərbaycana hücumla,  Bakıda həbs edilmiş Marat Ueldanov-Qalstyanın taleyi ilə bağlı narahatlığını bildirən Rusiya xarici siyasət idarəsinin başçısı Serqey Lavrov özü çıxış edib.

Xatırladaq ki, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-böyük miqdarda) maddəsilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə M.Ueldanov 8 il azadlıqdan məhrum edilib.

Bu gün mətbuat konfransında çıxış edərkən, Sergey Lavrov Azərbaycanla danışıqlar nəticəsində Marat Ueldanov-Qalstyanı Rusiyaya qaytarmağa nail olacaqlarına ümid etdiyini bildirib.

O vurğulayıb ki, onlar öz vətəndaşları ilə bağlı məsələlərə, hansılar ki, istənilən ölkədə, o cümlədən MDB məkanında çətin vəziyyətlə üzləşirlər, ikitərəfli əlaqələr çərçivəsində daim toxunurlar. S.Lavrov onu da xüsusi qeyd edib ki, konkret olaraq bu mövzuya Azərbaycandan olan həmkarları ilə  bu yaxınlardakı danışıqların gedişatında toxunulub.

XİN başçısı ümid etdiyini bildirib ki, dialoq vasitəsilə, hüquq normalarına əsaslanan qərarlar qəbul etməklə "hamını razı salacaq nəticəyə" nail ola biləcəklər.

"Və bu vətəndaşı Rusiyaya qaytara biləcəyik", - deyə Lavrov bir daha vurğulayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam