Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ABŞ niyə Türkiyəyə “Patriot” satmağa razı oldu -Səbəblər

 

“Patriot” zenit raket sistemlərinin satışı ilə bağlı ABŞ və Türkiyə arasında razılığın əldə olunması uzunmüddətli danışıqların nəticəsi kimi qiymətləndirilə bilər.

Yenixeber.org: Bu sözləri analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ-ın burada qarşısına qoyduğu ən əsas məqsəd məhz Türkiyənin Rusiya bazarından deyil, ABŞ-ın özündən silahları almasıdır:

“Türkiyə NATO ölkəsidir və NATO ölkəsinin NATO-ya rəqib olan bir dövlətdən silah alması və ya ordusunun müəyyən bir hissəsini həmin rəqib ölkənin silah sisteminə uyğunlaşdırması nə ABŞ-ın, nə də NATO ölkələrinin maraqlarına cavab verir. Bu anlamda ABŞ gec-tez silah məsələsi ilə bağlı güzəştlərə getməyə məcbur idi. Birincisi, Türkiyə kimi real alıcını itirmək onun maraqlarına cavab vermir. İkincisi isə bunun siyasi, hərbi, təhlükəsizlik tərəfi də var. NATO-nun üzvü, kifayət qədər ciddi əhəmiyyətə malik, strateji coğrafiyada yerləşən bir ölkənin öz ordusunu rəqib dövlətin silahları ilə təchiz etməsi tamamilə qeyri-müəyyənliyə, hətta ciddi təhlükəsizlik məsələsinə çevrilə bilərdi. Ona görə də ABŞ tərəfindən belə bir addımın atılması gözlənilirdi”.

Analitik qeyd edib ki, ümumiyyətlə, ABŞ-Türkiyə münasibətlərində bir çox həllini gözləyən ciddi məqamlar var:

“Bunlardan da biri məhz Türkiyənin təhlükəsizliyinə təhdid olan qüvvələrin zərərsizləşdirilməsidir. Bu problemin mövcudluğu ABŞ-ın əslində Türkiyənin təhlükəsizliyinə zərər verən qüvvələrə ya birbaşa logistik, ya da dolayısı ilə də hərbi-siyasi dəstək verməsi ilə bağlıdır. Bu, hər zaman iki ölkə arasında müəyyən mənada fikir ayrılıqlarına, əsasən də Yaxın Şərq siyasəti ilə bağlı ziddiyyətlərin yaranmasına gətirib çıxarır”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi İdarəsinin yaydığı məlumata görə ABŞ Türkiyəyə ümumi dəyəri 3,5 milyard dollar olan “Patriot” zenit raket sistemlərinin satılması haqqında qərar qəbul edib.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam